Icma.az
close
up
RU
Heyvan sığınacaqlarına dair yeni tələblər müəyyənləşib

Heyvan sığınacaqlarına dair yeni tələblər müəyyənləşib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları" təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, sığınacaqların yerləşməsinə dair tələblər müəyyənləşib.

Belə ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqlar yaradılmamalıdır. Həmçinin sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

Bundan başqa, sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) ara məsafələri (sanitar-mühafizə zolaqları) aşağıda qeyd olunan qaydada yerləşdiriləcək:

- Avtomobil yollarından - 30 metr;

- Fermalardan - 100 metr;

- Su hövzələrindən - 100 metr;

- Sənaye müəssisələrindən - 100 metr;

- Yaşayış binalarından - 100 metr.

Qərara əsasən, sığınacağın yerləşdiyi ərazi 0.6 metr dərində özül üzərində inşa edilməklə 2.2 metr hündürlükdə möhkəm materialla hasarlanmalıdır.

Həmçinin sığınacaqlar aşağıdakılardan ibarət olmalıdır:

- Sığınacaqlara gətirilən və orada mövcud olan heyvanların ilkin tibbi yardım, kliniki müayinəsi, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün qəbul, müayinə və müalicə otağı və ya bölməsi;

- Sığınacaqlara yeni gətirilən heyvanların digər heyvanlardan təcrid edilmiş halda saxlanılması üçün heyvan növünə uyğun təşkil edilmiş karantin (izolyasiya) otağı və ya bölməsi;

- Yoluxucu xəstəlik aşkar edilmiş heyvanların növlərinə uyğun saxlanılaraq müalicə və profilaktik tədbirlərin aparıldığı və növlərinə uyğun saxlanıldığı stasionar və intensiv terapiya otağı və ya bölməsi;

- Fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) görə heyvanların növlərinə uyğun müvəqqəti saxlanıldığı həssas heyvan saxlanc otağı və ya bölməsi;

Bundan başqa, bir otaq və ya bölmədə heyvanların saxlanıldığı kabinələr və qəfəslər bir və ikicərgəli, bir cərgədə 20-dən çox olmamaqla yerləşdirilə bilər.

Sığınacaqda drenaj sistemi olmalıdır. Drenaj sistemi çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır.

Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə təchiz edilməlidir.

Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı gözlənilməlidir.

Əlavə olaraq, tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.

Qərar 2026-cı il mayın 4-dən qüvvəyə minəcək.

Məlik Məlikov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri