Icma.az
close
up
RU
Heyvan preparatlarının istehsalı bu əsasda aparılacaq

Heyvan preparatlarının istehsalı bu əsasda aparılacaq

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heyvanların identikləşdirilməsi və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı qaydası dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

Layihəyə əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında aparılacaq.

Qeyd edilib ki, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur. “Baytarlıq haqqında” qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə ölkə ərazisində heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir. Qanunun bu tələbinə uyğun olaraq Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 24 nömrəli Qərarı ilə müvafiq Qayda təsdiq edilib və qeydiyyatın Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nə uyğun olaraq ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.

Digər tərəfdən, baytarlıq preparatlarının istehsalı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.

Qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir.

Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunub. Belə ki, layihəyə əsasən heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (İqtisadiyyat Nazirliyinin) “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcək.

Məlumatların təqdim edilməsi “Lisenziyalar və icazələr haqqında” qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.

Beləliklə, qanun layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin “Lisenziyalar və icazələr haqqında” qnuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri