Icma.az
close
up
RU
Heyvan xəstəlikləri ilə bağlı ingilis dilində dərsliyin təqdimatı olub AZƏRTAC

Heyvan xəstəlikləri ilə bağlı ingilis dilində dərsliyin təqdimatı olub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 17 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə “Heyvan xəstəlikləri ilə bağlı dərslik” kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab epidemiologiya, virusologiya, mikrobiologiya və parazitologia elm sahələrini əhatə edir. Bu sahədə ingilis dilində nəşr edilən ilk dərs vəsaitidir.

Təqdimatda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov baytar həkimlərin ölkənin qida təhlükəsizliyinin təmin olnumasında mühüm rol oynadığını qeyd edib. Təqdim olunan dərs vəsaiti haqqında danışan rektor kitabın tələbələrin yeni məlumatlar əldə etməsində, müxtəlif elmi-tədqiqat işlərinin nəticələri barədə məlumatlara yiyələnmələrinə töhfə verəcəyini diqqətə çatdırıb.

Kitabın müəlliflərindən ADAU-nun Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova ingilis qrupları üçün nəzərdə tutulan dərsliyin tələbələr və digər bu sahədə çalışan mütəxəssislər üçün əvəzolunmaz vəsait olduğunu vurğulayıb.

Digər müəlliflər Vüsal Abbasov, Lətif Kərimli, Rüstəm Qasımov və Aytən Ağayeva nəşr olunan vəsait haqqında məlumat veriblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mahir Hüseynov və digər çıxış edənlər dərsliyin müasir dövr üçün aktual olduğunu diqqətə çatdırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see238

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see174

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see167

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see148

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see139

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see138

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see134

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see134

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see132

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see130

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see130

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see128

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see127

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see126

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see125

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see125

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see125

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see124

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri