Icma.az
close
up
RU
İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub AZƏRTAC

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ermənistanın işğalından azad edilmiş ərazilərdə insan hüquqlarının və humanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabatının təqdimatı keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ombudsman Səbinə Əliyeva təqdimatda çıxışı zamanı hazırda dünyada bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik və islamofobiya hallarının artdığını, beynəlxalq təşkilatların bu kimi hallara biganə münasibətinin insan hüquq və azadlıqlarının pozulmasına səbəb olduğunu qeyd edib.

Müvəkkil Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiya siyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, o cümlədən genosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyini bildirib. Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq, beynəlxalq təşkilatlara dəfələrlə hesabatlar, bəyanatlar və müraciətlər təqdim olunsa da, bu istiqamətdə heç bir effektiv tədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri olduğu diqqətə çatdırılıb.

Ombudsman Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlarının pozulması faktlarının araşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, İƏT MDİHK-nın nümayəndələrinin Azərbaycanda iki dəfə faktaraşdırıcı missiya həyata keçirdiyini qeyd edib.

Sonra Ombudsman Aparatının rəhbəri, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı çıxış edərək İƏT MDİHK-nın Azərbaycanla bağlı hesabatı barədə ətraflı məlumat verib. O, nümayəndə heyətinin səfərinin əsas məqsədinin Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

Aparat rəhbəri səfərin nəticəsi olaraq hazırlanmış hesabatda İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası tərəfindən, eyni zamanda, beynəlxalq təşkilatlara ünvanlanacaq tövsiyələrin də öz əksini tapdığını, Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını pozması faktlarının da qeyd olunduğunu bildirib. Hesabatın İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci Zivə Görüşü çərçivəsində təsdiq edildiyini və daha sonra İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəsmi internet saytında yerləşdirildiyini qeyd edib.

Yekunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihə çərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yer aldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən “Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri