Icma.az
close
up
RU
Həzi Aslanov metrostansiyasında təmir işləri hansı tarixdə bitəcək? QURUM RƏSMİSİ AÇIQLADI

Həzi Aslanov metrostansiyasında təmir işləri hansı tarixdə bitəcək? QURUM RƏSMİSİ AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Həzi Aslanov metrostansiyası fəaliyyət göstərir. Bilirsiniz ki, stansiyada noyabr ayının 30-dan təmir işlərinə başlanılıb. Həmin vaxt geniş şəkildə mətbuat konfransı keçirilərək bildirildi ki, Həzi Aslanov və Əhmədli stansiyaları arasında qatarlar hərəkət edəcək. Yəni, bir qatar təyin olunaraq 10 dəqiqə intervalla Əhmədlidən Həzi Aslanov stansiyasına gedib gəlir”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: “Dalanda aparılan təmir işləri stansiyanın fəaliyyətinə hər hansı bir məhdudiyyət gətirməyəcək. Yəni, stansiya sənirişindaşımanı tam olaraq funksional qaydada yerinə yetirəcək.

Səhər saat 06:00-dan gecə 00:00- a qədər sərnişinlər stansiyaya daxil olaraq qatarlardan istifadə edə biləcəklər. Çaşqınlığın yaranmasının əsas səbəbi Həzi Aslanov stansiyasının adı ilə bağlıdır. Amma təmir işləri birinci təmir dövründə yalnız dalan hissəsində aparılacaq. Dalan hissəsində stansiya infrastrukturunun fəaliyyəti ilə bağlı bütün məsələlər tam qaydasında təmin olunub. Yəni, sərnişin daşıma prosesi, sərnişin rahatlığı və təhlükəsizliyi kimi məsələlər tam olaraq nəzərə alınıb.

Təmir işlərinin planlı qaydada aparılması 1 il yarım - 2 il müddətində nəzərdə tutulub. Lakin "Bakı Metropoliteni" QSC bütün qüvvəsini səfərbər edəcək ki, təmir işləri mümkün qədər qısa müddətdə aparılsın.

Bu gün vacib məsələlərdən biri ağır hidrobioloji şəraitdə yerləşən bu stansiyanın dalan hissəsində bütün infrastrukturun demək olar ki, sökülərək yenidən yığılması təşkil edəcək. Burada yalnız tavan hissə istisna təşkil edir ki, və burada müvafiq gücləndirmə işləri aparılacaq. Qalan bütün infrastruktur sökülərək yenidən inşa olunacaq. Bu səbəbdən uzunmüddətli olacağı görünür. Əsas vəzifə bundansonrakı dövrdə ağır həmin ağır hidrobioloji şəraitdə olsa belə müasir inşaat materiallarından istifadə olunmaqla dalanın daha uzun ömürlü fəaliyyətini təmin etməkdir. Eyni zamanda ən müasir sistem və avadanlıqları tətbiq etməkdir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri