“Həzi Aslanov” metrostansiyasında TƏMİR nə vaxt YEKUNLAŞACAQ? Rəsmi AÇIQLAMA
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən il noyabr ayının 30-dan “Həzi Aslanov” metrostansiyanın dalanında əsaslı təmir və bərpa işləri görülür. Təmirlə əlaqədar Qırmızı (“İçərişəhər” metrostansiyasından) və Yaşıl (“Dərnəgül” metrostansiyasından) xətlərin hərəkət cədvəlində dəyişiklik edilib.
MÖVZU İLƏ BAĞLI:
Həzi Aslanov stansiyasındakı təmir bu tarixdə BİTƏCƏK – RƏSMİ
Belə ki, “Həzi Aslanov” stansiyası sərnişindaşımanı dayandırmasa da, qatarlar hər iki xətt üzrə “Əhmədli” stansiyasına və geri istiqamətdə hərəkət edir. “Həzi Aslanov” stansiyasına gedənlər isə “Əhmədli” və “Həzi Aslanov” arasında 10 dəqiqə intervalla hərəkət edən qatarla mənzilbaşına çata bilirlər.
İlin sonuna az qalıb. Bir ildən artıq davam edən təmir nə zaman yekunlaşacaq?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, dalan gələn ilin ikinci yarısında istifadəyə veriləcək:
“Qırmızı xəttin fəaliyyətdə olan "Həzi Aslanov" stansiyasında dalan hissəsi gələn ilin ikinci yarısı ərzində istifadəyə veriləcək. Bu, təmir və yenidənqurma işləridir və çox vaxt aparır. Planlanmış qayda üzrə 2026-cı ilin sonudur, lakin ikinci yarımil ərzində bitməsi gözlənilir”.
Qeyd edək ki, dövlət proqramı çərçivəsində layihə adı Y-17 və yaxud "Həzi Aslanov-2" şərti adı olan stansiyanın inşasının da 2030-cu ilə qədər yekunlaşdırılması nəzərdə tutulub.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 24 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















