“Həzi Aslanov”dakı təmir 2 aya yekunlaşacaq
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, Qırmızı xəttin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb.Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















