Icma.az
close
up
RU
“Həzi Aslanov” stansiyasının təmir işləri niyə yayda APARILMADI? Rəsmi AÇIQLAMA

“Həzi Aslanov” stansiyasının təmir işləri niyə yayda APARILMADI? Rəsmi AÇIQLAMA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, noyabrın 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb və buna görə də qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edir.  
Təbii ki, stansiyada başlayan işlərə görə Həzi Aslanovda yaşayan sakinlər digər metrostansiyalara getmək üçün marşrutlardan istifadə edirlər.
Məsələylə bağlı sual yaranır. Niyə  bu təmir  yay aylarında, daha doğrusu şagird və tələbələrin tətil günlərində təmirə bağlanmadı, məhz noyabr ayına saxlanıldı?
Bilirik ki, təhsil müəssisələrinin fəaliyyəti metroda sıxlığı yaradan əsas amillərdən biridir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, stansiyada başlayan təmir  qısamüddətli deyil, ən azı 1 il yarım, 2 il davam edəcək:
“Sərnişin təhlükəsizliyi üçün sadəcə qatarlar deyil stansiyalar da önəmlidir. Ondan sonra isə stansiyanın özündə təmir işləri başlayacaq. Bu, məcburiyyətdən yaranıb. Stansiya 2002-ci ildə istifadəyə verilib. Ancaq inşasına 1981-ci ildə başlayıb, 1987-ci ilə qədər  isə inşaat sürətlə inkişaf edib. SSRİ-nin dağılmasıyla açıq hava şəraitində qalan konstruksiyalar, beton sahələrin artıq mənfi təsirləri var, üstəlik həmin ərazi Bakının ağır hidrogeoloji ərazilərindən birində yerləşir. Stansiyanın vəziyyətini əyani şəkildə müşahidə etmək olar.
Sərnişinin tam təhlükəsizliyi üçün təkcə qatar deyil, stansiya da təhlükəsiz olmalıdır. Bu məsələlərə görə stansiyanın təmiri məcbur idi. İnterval yalnız  “Əhmədli-Həzi Aslanov” stansiyaları arasında 10 dəqiqə təyin olunub. Amma “Əhmədli-Dərnəgül”, “Əhmədli-İçərişəhər” istiqamətində isə öncədən olduğu kimidir”,- deyə Bəxtiyar Məmmədov qeyd edib.
Qurum rəsmisi deyib ki, “28 May- Əhmədli” arasında hərəkət intervalı səhər 07:00-22:00 arası 2 dəqiqə, axşam 17:30-19:30-a qədər də 2 dəqiqədir:
“İntervalda bəzən fərqlilik varsa, əgər texniki nasazlıqla bağlı məlumat paylaşılmayıbsa, deməli, bu, sıxlıq şəraitində sərnişinlərin düşməsinin ləngiməsiylə bağlı olur. İşçi qüvvəsi cəlb etməklə, müxtəlif texniki qərarlarla çalışırıq ki, yubanmalar az olsun”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri