Icma.az
close
up
RU
Hibrid iş rejiminin tətbiqi həm işçiyə, həm də işəgötürənə sərfəli olar Sosioloq

Hibrid iş rejiminin tətbiqi həm işçiyə, həm də işəgötürənə sərfəli olar Sosioloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hibrid iş rejimi təcrübəsini ölkəmizdə koronavirus pandemiyası dövründə yaşadıq. Bir çoxumuz mövcud qadağalara əsasən evdən işləmək imkanı əldə etdik və işimizdə bir axsaqlıq olmadı. Çünki bu gün informasiya texnologiyaları əsridir. Hər cür texnoloji imkandan yararlana bilirik".

Bu barədə Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı Azərbaycanda bir sıra sahələrdə hibrid iş modelinə keçidin mümkünlüyü barədə suala cavab verərəkən bildirdi.

Onun sözlərinə görə, əksəriyyətimizin işi internetlə, kompüterlə olur:

"Əgər üzbəsurət xidmət sektoru deyilsə, birbaşa əlaqə ehtiva edən yeni iş deyilsə, evdən və ya ofisdən işləməyimizin heç bir əhəmiyyəti yoxdur. Məkanın fərqi ola bilər, əsas iş yükünün məsuliyyətidir və o məsuliyyəti fərqində olandan sonra harada işləməyindən asılı olmayaraq, öhdəliyini yerinə yetirirsən".

Lalə Mehralının fikrincə, bu rejim tətbiq olunarsa, həm işçiyə, həm də işəgötürənə sərfəli olar:

"Hərçənd ki, hazırda bu sistemlə işləyən iş yerləri var və bu rejim sərfəlidir. İşəgötürən üçün ona görə sərfəlidir ki, əlavə olaraq nahar vermək kimi bir öhdəliyi varsa, işçini maaşdan əlavə yol pulu ilə təmin edirsə, bu xərclərdən azad olur. İşçi də əgər öz maaşından, öz gəlirindən bu xərcləri ödəməlidirsə, bundan azad olur. Dolayısı ilə alan razı, satan razı prinsipidir. Ofisə getmirsə, üstəlik körpə uşaqlıdırsa, baxıma möhtac ailə üzvü varsa, fiziki məhdudiyyətlidirsə, - bütün hallarda işin gedişatına bir zərəri yoxdursa, evdən və ya işdən işləməyin heç bir əhəmiyyəti olmamalıdır". 

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri