Icma.az
close
up
RU
Sosioloq: Bu qədər zorakılıq hadisəsinin baş verməsi həm çox utandırıcı, həm də düşündürücüdür

Sosioloq: Bu qədər zorakılıq hadisəsinin baş verməsi həm çox utandırıcı, həm də düşündürücüdür

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-iyun ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq komitədən məlumat verilib.

Qeyd edilib ki, ilin ilk 6 ayı ərzində 232 qadın, 30 kişi, 181 uşaq zorakılığa məruz qalıb.

Məlumata əsasən, dövlət qurumuna müraciətlərin 172-si fiziki, 53-ü psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqla əlaqədar olub.

Həmçinin müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi regionların payına düşür.


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirdi ki, cəmi 6 ay ərzində Azərbaycan cəmiyyətində bu qədər zorakılıq hadisəsinin baş verməsi həm çox utandırıcı, həm də düşündürücüdür:


“Necə olur ki,232 qadın, 60 kişi, 181 uşaq zorakılığa məruz qalır? Bunun bir neçə səbəbi ola bilər: spirtli içki, narkotik maddə qəbulu, psixoloji vəziyyətin normal olmaması, uşaqlıqda alınan travmalar, eyni zamanda sosial problemlər - məsələn işsizlik, qazancın olmaması, kişinin gün ərzində işdə deyil, evdə oturması,  pulsuzluğun yaratdığı əsəb-gərginlik.  Bu halların hər birində zorakılığa meylli olan kişi evdə adi bir söhbətdən həm həyat yoldaşına, həm də övladına qarşı güc tətbiq edə bilir. Tək kişilər deyil, həmçinin elə qadınlar da var ki, həm həyat yoldaşına, həm də övladına qarşı zorakılıq törədir. Bunun da ayrıca səbəbləri var.  Başlıca səbəb təbii ki, sosial problemdir. Çünki sosial problemlər- mənzil şəraitinin aşağı səviyyədə olması, içsizlik, qazancın olmaması insanda istər-istəməz əsəbi hal yaradır. Qadın  evdə  hər gün “nə bişirim?” problemi ilə üzləşirsə, paltar yumağa yuyucu toz tapa bilmirsə, uşağına bez, qida ala bilmirsə, təbii ki, əsəbi olacaq. Bu zaman evdə yaranan adi bir söz-söhbət şiddətlə nəticələnə bilir. Onu da vurğulayım ki, bəzi ata və analar televizor xəstəliyinə düçar olublar. Hər kəsin öz seyr etdiyi veriliş, serial var. Bax, kişi ilə qadın arasında zorakılığa səbəb həm də bu məsələdir. Eyni zamanda bu xəstəlik uşaqlara qarşı da zorakılıqla nəticələnir. Nə üçün? Onların səssiz dayanması arzulanır, əks təqdirdə isə zorakılığa məruz qalırlar”.


Sosioloqun sözlərinə görə bəzən isə uşağı özümüz səhv tərbiyə etdiyimizə baxmayaraq ona etdiyi səhv hərəkətlərə görə zorakılıq tətbiq edirik:

“Hansı ki, bu zorakılığı ona deyil, özümüzə tətbiq etməliyik. Zorakılıq  varsa, hüququ qiymət də olmalıdır. Yoxsa cəmiyyətdə bunun qarşısını almaq mümkün olmaz. Eyni zamanda sosial mexanizmlər tətbiq edilməlidir ki, zorakılıq halları aradan qaldırılsın. Başlıca olaraq vətəndaşın  məşğulluğu təmin olunbmalıdır. Sahibkarlığa, kiçik biznesin inkişafına stimul yaradılmalıdır. Bizim bəzi məmurlar var ki, kimsə  özü üçün kiçik bir biznes qurmaq istəyirsə, dərhal ondan elə bir “şapka” istəyir ki, insan məcbur qalıb işini bağlayır. Belə olan halda isə güc dövlətin üzərinə düşür. Lakin məşğulluğun təminatına həm dövlət, həm də özəl sektorlar şərait yaratmalıdır. Psixoloji mərkəzlərin fəaliyyəti artırılmalıdır. Spirtli içki və narkotik maddə qəbul edən insanlarla iş gücləndirilməlidir. Onlara ailədaxili münasibətlərə xələl gətirən halların aradan qaldırılması dəstəyi verilməlidir. 

Ümumilikdə isə həm kişi, həm də qadının bir qədər dözümlü olmaları, ailədə bir-birini anlamaları, yarana biləcək bütün vəziyyətlərdə səbr göstərmələri vacibdir. Qaldı uşaqların bir-birinə qarşı zorakılığına, onları zorakılığı ehtiva edən cizgi filmləri əvəzinə, mənəvi dəyərləri özündə birləşdirən filmlərə baxmasına nəzarət edilməlidir. Unutmayaq ki, bu gün cəzasız qalan cinayət kimi, istənilən həlli olmayan sosial məsələ də cəmiyyətdə səhv fikir formalaşdırır və yeni zorakılıq hadisələrinə yol açır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri