Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Hibrid müharibələr dövrünün müdafiə konsepsiyası

Hibrid müharibələr dövrünün müdafiə konsepsiyası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Layihənin uğuru Avropa İttifaqına üzv dövlətlərin həmrəyliyindən asılı olacaq

“Qoca qitə” uzun illərdir təhlükəsizlik konsepsiyalarının laboratoriyası hesab olunur. İstər miqrasiya, istər enerji, istərsə də texnoloji təhdidlər Avropa İttifaqını (Aİ) yeni müdafiə modelləri yaratmağa sövq edir. İndi isə qitənin siyasi gündəminə “dron divarı” adlı təşəbbüs daxil olub. Avropa Komissiyasının son təklifi bu ideyanı daha geniş miqyasda, “Avropa Dron Müdafiə Təşəbbüsü” formasında, bütün qitəni əhatə edən müdafiə sistemi kimi təqdim edir. Təşəbbüs ilk baxışdan texnoloji layihə təsiri bağışlasa da, əslində, Avropanın təhlükəsizlik arxitekturasının yenilənməsi prosesinin tərkib hissəsidir.

Məsələ pilotsuz uçuş aparatlarının yaratdığı risklər səbəbindən Avropanın öz strateji muxtariyyətini möhkəmləndirmək istəyi ilə daha da qloballaşıb. Yada salaq ki, bir vaxtlar dəmir pərdə adlanan siyasi və ideoloji sədlər Avropanı iki düşərgəyə ayırmışdı. İndi isə qitə başqa bir “divar” anlayışı ilə üz-üzədir. “Dron divarı” ideyası Aİ-nin şərq sərhədlərində, Baltik dənizindən Qara dənizə qədər hava məkanının qorunması məqsədilə təklif edilib. Lakin planın təkcə şərq xətti ilə məhdudlaşdırılması Cənubi və Qərbi Avropa ölkələrində narazılıq doğurub. Onlar haqlı olaraq bildirirlər ki, müasir təhlükələr coğrafiya tanımır, dronlar, kibertəhdidlər hər bir bölgə üçün potensial risk yaradır. Bu səbəbdən Avropa Komissiyası planı “divar” anlayışından çıxararaq onu bütün qitəni əhatə edən “Avropa Dron Müdafiə Təşəbbüsü”nə çevirmək qərarına gəlib. Təşəbbüs çərçivəsində sensorlar, radioelektron müdaxilə sistemləri və müdafiə texnologiyalarından ibarət vahid şəbəkə yaradılması nəzərdə tutulub ki, bu da qitənin hava məkanında “rəqəmsal qalxan” formalaşdırmaq cəhdidir.

Siyasi mesajlar

Layihəyə, sadəcə, təhlükəsizlik nöqteyi-nəzərindən yanaşmaq düzgün olmaz. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin təşəbbüsü şəxsən irəli sürməsi təsadüfi deyil. O, bu yolla həm Aİ-nin müdafiə məsələlərində birləşmə potensialını nümayiş etdirmək, həm də qurumun texnoloji müstəqilliyini möhkəmləndirmək istəyir. Qitə çoxdan dərk edib ki, müdafiə sahəsində uzunmüddətli sabitliyi yalnız NATO-nun çətiri altında davam etdirmək mümkün deyil. Qitə öz resursları hesabına təhlükəsizlik arxitekturasını formalaşdırmağa məcburdur. Dron təhlükələrinə qarşı vahid şəbəkə bu istiqamətdə atılan ilk real addımlardan biri sayıla bilər. Həmçinin “divar” Avropa sənaye sektorunun müdafiə texnologiyaları üzrə yeni mərhələyə keçməsinə zəmin yaradır. Çünki dron əleyhinə sistemlər, sensor şəbəkələri, elektron müdaxilə cihazları və süni intellekt əsaslı izləmə alqoritmləri Avropanın texnoloji bazarında yeni rəqabət mühiti formalaşdırmağa qadirdir. Əvvəl də qeyd etdiyimiz kimi, ilk mərhələdə layihənin yalnız Şərqi Avropa istiqamətində nəzərdə tutulması müəyyən balanssızlıq yaratmışdı. Baltikyanı ölkələr, Polşa və Rumıniya kimi dövlətlər təşəbbüsü böyük həvəslə dəstəkləsə də, İtaliya, Fransa, İspaniya layihənin onların hava təhlükəsizliyini ikinci plana atdığını bildirdi. Ona görə də yeni versiyada məqsəd bütün Avropanı vahid hava təhlükəsizliyi məkanına çevirməkdir. Çünki Aİ daxilində bərabər təhlükəsizlik hissinin yaranması birliyə olan inamı gücləndirəcək. Digər tərəfdən, Avropa daxili bütövlüyünü qorumaq üçün bu yola əl atır. Artıq bir neçə ildir ki, Aİ daxilində “ikisürətli Avropa” anlayışı müzakirə olunur, yəni inkişaf etmiş və zəif inteqrasiya olunmuş ölkələr arasında fərqlər artır. “Dron müdafiə şəbəkəsi” isə bu fərqləri azaldaraq bütün regionları eyni təhlükəsizlik sisteminə bağlamağı hədəfləyir. Yeni təşəbbüs Avropanın müdafiə konsepsiyasının dönüş nöqtəsi ola bilər. Əgər plan uğurla həyata keçirilərsə, o zaman Avropa ilk dəfə kontinental miqyasda inteqrasiya olunmuş texnoloji təhlükəsizlik sistemi qurmuş olacaq. Bu, həm də qitənin gələcək müdafiə strategiyasının əsasını təşkil edə bilər.

İqtisadi amil

Layihənin iqtisadi tərəfi də az əhəmiyyət daşımır. Müdafiə sənayesinə qoyulacaq yeni investisiyalar, yüksək texnoloji istehsal zəncirlərinin formalaşması və elmi-tədqiqat layihələrinin genişlənməsi qitədə innovasiyanın ritmini sürətləndirəcək. Avropa şirkətləri üçün bu təşəbbüs həm sifariş, həm də təcrübə meydanıdır. “Qoca qitə”nin “yaşıl keçid” strategiyası kimi, dron müdafiə şəbəkəsi də təhlükəsizlik və texnologiya baxımından birləşdirici ideya olacaq. Bununla yanaşı, layihə Avropanın müdafiə sənayesində vahid standartların yaradılmasını da təşviq edəcək. Müxtəlif ölkələrdə istifadə olunan texnologiyaların bir sistem daxilində işləməsi həm koordinasiyanı asanlaşdıracaq, həm də xərcləri azaldacaq. Bu təşəbbüs müdafiə sənayesində yeni bazar yaradacaq. Hazırda bu sektorun böyük hissəsi digər ölkələrin nəzarətindədir. “Dron divarı” isə Avropa sənayesinə daxili rəqabət və istehsal təşviqi gətirəcək, yerli şirkətləri yüksək texnoloji avadanlıqların tədarükçüsünə çevirəcək. Nəticədə, yeni iş yerləri açılacaq, regional iqtisadi fərqlər azalacaq, xüsusilə Şərqi Avropa ölkələrində sənaye inkişafı sürətlənəcək. Eyni zamanda, təşəbbüs qitədə “ağıllı sistemlər” erasını açacaq. Radar və dron izləmə texnologiyalarının tətbiqi ilə Avropa özünün müdafiə sənayesini NATO standartlarından daha müasir, çevik və avtonom səviyyəyə qaldıra bilər. Bu sistemlərin hazırlanmasında Almaniya, Fransa, Polşa və Baltik ölkələrinin texnoparkları, eləcə də startap ekosistemləri birgə fəaliyyət göstərəcək. Təhlükəsizlik layihələri adətən büdcəyə yük kimi qəbul olunur. Lakin Avropa Komissiyasının təşəbbüsü fərqli mexanizmlər üzərində qurulub. Layihə dövlət vəsaiti ilə yanaşı, özəl sektor, müdafiə şirkətləri və texnoloji konsorsiumların ortaq maliyyələşdirməsi ilə həyata keçiriləcək. Bu, həm dövlətin xərclərini azaldacaq, həm də layihəni öz-özünü təmin edən iqtisadi modelə çevirəcək.

Müqayisələr

“Avropa Dron Müdafiə Təşəbbüsü” ilk baxışda NATO-nun 2022-ci ildə elan etdiyi “European Sky Shield Initiative” (ESSI) layihəsini xatırladır. Almaniyanın təşəbbüsü ilə yaradılan “Sky Shield”in məqsədi Avropa ölkələri arasında hava hücumundan müdafiə sistemlərini koordinasiya etmək idi. Fərq ondadır ki, “Sky Shield” əsasən raket və ballistik hücumlara qarşı nəzərdə tutulmuşdu. “Dron Müdafiə Təşəbbüsü” isə daha çevik və lokal xarakter daşıyır. Əslində, iki sistem bir-birini tamamlayır. Əgər “Sky Shield” strateji “qalxan” funksiyasını yerinə yetirirsə, “Dron Müdafiə Təşəbbüsü” taktiki səviyyədə “filtr” rolunu oynayacaq. Beləcə, Avropa hava təhlükəsizliyində çoxsəviyyəli müdafiə modelinə keçid edə bilər. Bu da onu göstərir ki, qitə artıq müdafiə sistemini “böyük müharibə” anlayışı ilə yanaşı, hibrid təhlükələr və texnoloji kəşfiyyat vasitələri üzərində qurur. Ən çox diqqətçəkən müqayisə isə təbii ki, İsrailin məşhur “Iron Dome” (Dəmir Qübbə) sistemi ilə aparılır. “Iron Dome” 2011-ci ildən etibarən İsraili qısaməsafəli raketlərdən və artilleriya mərmilərindən qoruyur. Sistem həm radar, həm süni intellekt, həm də avtomatik cavab texnologiyalarını özündə birləşdirir. Lakin İsrailin layihəsinin məqsədi fərqlidir. “Iron Dome” bir dövlətin ərazisini qoruyur, “Drone Defence Initiative” isə bütün qitəni, müxtəlif texnoloji və siyasi sistemləri bir şəbəkədə birləşdirməyi hədəfləyir. Bu isə daha çətin, amma strateji baxımdan dəyərli missiyadır. Çünki Avropa 27 müxtəlif dövlətin təhlükəsizlik infrastrukturunu koordinasiya etməlidir.

Beləliklə, Aİ-nin “Dron divarı” ideyasını bütöv bir geosiyasi manifest kimi dəyərləndirmək mümkündür. Nəzərə alsaq ki, XXI əsrin müharibələri tank və toplardan çox məlumat, rabitə və pilotsuz sistemlər üzərində aparılır, Avropa da öz sərhədlərini bu yolla möhkəmləndirir. Cənubi və Qərbi Avropa ölkələrinin narahatlıqları, regional prioritetlərin balanslaşdırılması və büdcə məsələləri bu təşəbbüsün taleyini müəyyən edəcək. Əgər Brüssel bu mexanizmi bütün qitəni əhatə edən inklüziv və adaptiv sistemə çevirə bilsə, “Dron divarı” qitənin təhlükəsizlik tarixində yeni mərhələnin başlanğıcı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri