Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Dünya hibrid müharibələr və kiberhücumlarla çalxalanır TƏHLİL

Dünya hibrid müharibələr və kiberhücumlarla çalxalanır TƏHLİL

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hibrid müharibə, kiberhücumlar, informasiya əməliyyatları və bu kimi digər müasir dövrün təhdidləri dünya dövlətləri və xalqları üçün real təhlükə mənbəyinə çevrilib. Belə təhdidlərin haradan necə gəldiyini və ya gələcəyini dövlətlər tam şəkildə müəyyənləşdirməkdə çətinlik çəkirlər. Sadəcə, ehtimallar və "daşın haradan və kimlər tərəfindən atıla biləcəyi" fərziyyələri irəli sürülür. Bu fərziyyələr üzərində açıqlamalar verilir, bəyanatlar səsləndirilir. Avropa ölkələri özlərini müasir yeniliklərin aparıcı qüvvəsi hesab etsələr də, bəzi hallarda sözügedən əməliyyatlarla çalxalanırlar. Dəfələrlə Almaniyaya, Fransaya, Polşaya, Niderlanda və digər ölkələrə gözlənilmədən kiberhücumlar təşkil edilib. Bu zaman hücumun hansı dövlət tərəfindən təşkil edildiyini tam şəkildə müəyyənləşdirmək mümkün olmayıb. Sadəcə, rəqib hesab etdikləri tərəfi nişan verərək hay-küy qaldırıblar. Xüsusilə də, Avropa ölkələri Rusiyanı özlərinin sabitliklərinə və təhlükəsizliklərinə əsas təhdid hesab edirlər. Səbəbi də, Rusiya-Ukrayna müharibəsinə görə Avropanın ikinciyə dəstək göstəməsi və bunun rəsmi Moskva tərəfindən qəzəblə qarşılanmasıdır. Nəticədə Avropa ilə Rusiya arasında "nə müharibə, nə sülh" şəraiti yaranıb. İstənilən məqamda vəziyyət gərginləşərək, müharibə vəziyyətinə keçə bilər. Hələlik isə tərəflər bir-birini hibrid müharibələr, kiberhücumlar, dezinformasiya əməliyyatları ilə güclərinin səviyyəsini yoxlamağa çalışırlar.

Rusiya tərəfinin iddialarına görə, Avropa ölkələri tez-tez onların daxili məkanlarına kiber hücumlar təşkil edirlər. Bu yaxınlarda, daha doğrusu Rusiya mətbuatının məlumatı noyabrın 1-də Rusiyanın Federal Dövlət Statistika Xidmətinin (Rosstat) informasiya sistemlərinə genişmiqyaslı kiberhücum həyata keçirilib. Hakerlər 23 terabayt həcmində məlumat əldə etdiklərini iddia edirlər."Komsomolski Pravda" və "Kommersant" nəşrlər qeyd edirlər ki, hücumun arxasında "Silent Crow" və "Cyber Partisans" haker qruplaşmaları dayanıb. Məqsəd əsasən Rusiyanın Ukraynaya qarşı müharibədə verdiyi itkilərlə bağlı informasiyaları əldə etmək olub və buna qismən nail olunub. "Kommersant"ın məlumatına görə, noyabrın 1-nə keçən gecə Rosstatın rəsmi internet səhifəsi də haker hücumuna məruz qalıb. Hücum edənlər qurumun federal və regional bölmələrinin səhifələrində müxtəlif mesajlar yerləşdirib, həmçinin hər iki haker qruplaşmasının loqotiplərini paylaşıblar.

Azərbaycana qarşı kiberhücumlar daha çox şimaldan yönəlir

Hibrid müharibələrin əsas elementi hesab olunan kiberhücumlar daha çox dövlətlərin enerji obyektlərinin, bank sistemlərinin, dövlətlərin rəsmi saytlarının, eləcə də nüfuzlu agentlərin, qəzetlərin domenlərinin, tanınmış şəxslərin poçt ünvanlarının sıradan çıxarılmasına yönəlir. Nəticə hücumu təşkil edənlərin planlarına uyğun baş verərsə, o zaman ölkələrin daxilində arzuolunmaz proseslər yaşana bilər. Ancaq hələ ki, dünyada kiberhücumlar təşkil edənlər öz pozucu niyyətlərini tam formada həyata keçirə bilməyiblər. Rusiya, Tehran rejimi dəfələrlə Azərbaycana qarşı kiberhücümlar təşkil ediblər. Niyyətləri və məkrli məqsədləri daxili narahatlıqlar yaratmaq olsa da, peşəkarlıqları ilə seçilən mütəxəssislərimiz təxribat cəhdlərinin qarşısını vaxtında və operativ şəkildə alıblar. Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumatına görə, 2026-cı ilin oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Görünən ondan ibarətdir ki, Şimal və Cənub istiqamətindən Azərbaycana qarşı tez-tez hibrid təhdidlər təşkil olunur. Məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları ilə yanaşı qanunverici orqan təmsilçiləri də yaxından və intensiv formada məşğul olurlar. Kİbertəhdulərə cavab olaraq Azərbaycan Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bəyanatında olub. Bəyanatda Azərbaycana qarşı dini-ideoloji təxribatların, əlaqələndirilmiş informasiya əməliyyatlarının və kiberhücumların miqyasının artdığı bildirilir. Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji təhlükəsizliyindəki rolu, regional tranzit dəhlizlərində strateji əhəmiyyəti və ölkədaxili sabitlik fonunda xarici aktorların ölkəyə qarşı hibrid hücumları genişlənib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının məlumatına görə, aidiyyəti dövlət qurumları ilə aparılan araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlmiş fəaliyyətlər müəyyən edilib. Bildirilib ki, bu əməliyyatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən təsir agentləri, gizli təşkilatlar, haker qrupları, xarici media qurumları, saxta sosial şəbəkə hesabları və botlar vasitəsilə həyata keçirilir. Bəyanatda dost və qonşu ölkələrin ərazilərində fəaliyyət göstərən bəzi qüvvələrin dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə yayaraq Azərbaycanda etnik, dini və siyasi zəmində qarşıdurma yaratmağa çalışdığı da iddia olunub. Komissiya qeyd edib ki, hibrid təhdidlər zamanı sosial şəbəkə alqoritmlərindən, "əks-səda kameraları" və "filtr qabarcıqları" mexanizmlərindən istifadə edilərək manipulyativ məzmun müəyyən auditoriyalara yönəldilir.Bununla yanaşı, aparılan monitorinqlərin nəticələrinə əsasən, Azərbaycan cəmiyyətinin bu cür təxribatlara uymadığı və dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib. Milli Məclisin müvəqqəti komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə hibrid hücumların qarşısının alındığını və bundan sonra da belə cəhdlərin cavabsız qalmayacağını bəyan edib. Komissiya, həmçinin Azərbaycana qarşı yönəlmiş fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkürünü bildirib.

Azərbaycanın kiberhücumlar, informasiya əməliyyatları, dezinformasiya təhdidləri ilə "sınağa" çəkilməsi təsadüfi deyil. Azərbaycanın nəinki, regionun, ümumiyyətlə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməsi Rusiya, Tehran rejimi, Fransa, Almaniya, Niderland kimi qeyri-standart dövlətləri ciddi narahat edir. Xüsusilə də, Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş ərazilərini azad etməsi və ərazi bütövlüyünü təmin etməsi məkrli xarici dairələrin başlarına daş, qarınlarına azar doldurub. Ermənistan üzərində parlaq hərbi, siyasi, diplomatik qələbəni həzm edə bilmədiklərindən hər cür iyrənc vasitə və üsullardan istifadə etməklə Azərbaycanda sabitliyi pozmağa, uğurlarını əngəlləməyə, beynəlxalq imicini ləkələməyə çalışırlar. Vaxtaşırı olaraq Rusiyanın və Tehran rejimin TV-lərində, mətbu orqanlarında, sosial şəbəkə hesabları Azərbaycana qarşı müxtəlif həqiqəti əks etdirməyən informasiyalar yayırlar. Ancaq bütün hallarda Azərbaycan tərəfi hər cür təhdidin qarşısını alır və bu əməliyyat tədbirləri bundan sonra daha da güclənəcəyi şübhəsizdir.

İ.ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri