Icma.az
close
up
RU
Uşağı ailənin “PADŞAHI“ etməyin Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

Uşağı ailənin “PADŞAHI“ etməyin Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Valideynlər uşaqlarına özlərinin vaxtilə məhrum olduqları hər şeyi verməyə çalışarkən bəzən ifrata varırlar. Bahalı oyuncaqları kreditlə almaq, uşağı ev işlərindən uzaq tutmaq və ona qəti şəkildə "yox" deməmək nəticədə minnətdar və xoşbəxt insan əvəzinə, hər şeyin onun ətrafında fırlanmalı olduğuna inanan ərköyün uşaq formalaşdıra bilər.

Moderator.az xəbər verir ki, bunu klinik psixoloq və uşaq neyropsixoloqu Kira Makarova bildirib.

Onun sözlərinə görə, tərbiyədə ən ciddi səhvlərdən biri valideynlərin öz uşaqlıqlarında yaşadıqları məhrumiyyətləri övladları vasitəsilə kompensasiya etməyə çalışmalarıdır. Mütəxəssis bildirir ki, uşağa istədiyi hər şey alındıqda o, sərhədləri anlamaqda çətinlik çəkir. Psixologiyada belə vəziyyətlər bəzən "uşaq-bədheybət" anlayışı ilə xarakterizə olunur. Bu halda ailənin bütün həyatı uşağın istəklərinə uyğun qurulur.

Psixoloqun fikrincə, ailə müəyyən iyerarxiyaya malik sistemdir və uşaq bu sistemin ən yuxarı pilləsində olmamalıdır. Ailənin rifahını təmin edən və onun məsuliyyətini daşıyan böyüklər əsas mövqedə dayanmalıdırlar. Əks halda, yeniyetməlik dövründə uşaqlar böyüklərin davranışlarına tam nəzarət etməyə çalışa bilərlər.

Uşağın eqoizmini qiymətləndirərkən onun yaşını da nəzərə almaq vacibdir. Üç yaşadək uşaqlar başqalarının sərhədlərinə həssas olmaya bilərlər. Lakin üç yaşdan sonra onlar qaydaları mənimsəməyə başlamalıdırlar. Yeddi yaş böhranı isə eqosentrizmin aradan qaldırılmasında mühüm mərhələ hesab olunur. Bu proses düzgün keçmədikdə problemlər məktəb dövründə özünü göstərə bilər. Belə uşaqlar həmyaşıdları tərəfindən kənarlaşdırıla, hətta bullinqə məruz qala bilərlər.

Makarova manipulyativ davranışların formalaşmasında əsas amillərdən birinin valideynlərin qeyri-sabit və ziddiyyətli tələbləri olduğunu vurğulayıb. Bu gün icazə verilən bir şeyin sabah qadağan olunması uşağın qaydaların əslində mövcud olmadığını düşünməsinə və valideynləri manipulyasiya etməsinə səbəb ola bilər.

Həddindən artıq himayə də uşağın inkişafına mane ola bilər. Valideynlər uşaqları bütün çətinliklərdən qoruduqda onların müstəqillik və məsuliyyət hissinin formalaşmasına mane olurlar. Nəticədə uşaqda "zövq mənim haqqımdır, məsuliyyət isə böyüklərin işidir" düşüncəsi yarana bilər.

Psixoloq qiymətlərə görə uşağa pul mükafatı verməyi də yanlış yanaşma hesab edir. Bu halda uşaq qiymətin valideyn üçün vacib olduğunu anlayaraq gələcəkdə bundan şantaj vasitəsi kimi istifadə edə bilər.

Makarova valideynlərə uşağı istehlakçı mövqeyində böyütməmək üçün ardıcıl qaydalar müəyyənləşdirməyi, uşağı ailə iyerarxiyasının zirvəsinə qoymamağı, onun müəyyən çətinliklərlə özü üzləşməsinə imkan verməyi və əşyalar əvəzinə ona daha çox diqqət göstərməyi tövsiyə edir. /Oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Avqust 2026 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri