Hicran Hüseynova: Din xadimləri ailə məsələlərində maarifləndirmə işləri aparmalıdırlar
Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzusunda paneldə söyləyib. O vurğulayıb ki, qohum evliliklərinin qadağan olunmasına dair qanun layihəsinin müəlliflərindən biridir:
"Cəmiyyətdə reaksiyaları izləmək üçün bir il vaxt qoyduq. Əksəriyyət layihədən razı qaldı. Bir çox Avropa ölkəsində qohum evlilikləri ucbatından genetik kod yoxa çıxıb. Niyə gözləməli idik ki, hansısa ölkə bu barədə qanun qəbul etsin? Bəlkə, özünümüz nümunə olmalıyıq? Mərkəzi Asiyada bu qanunun qəbulundan danışanda bütün zal ayaqüstə alqışladı".
Millət vəkili diqqətə çatdırıb ki, ailələrdə problem meydana gələndə bütün yük qadınların üzərinə düşür:
"Maraqlıdır ki, elçilikdə qabağa düşən ağsaqqallarımız ailədə problem baş verəndə ortaya çıxmırlar. Məgər Azərbaycanda son illər ailələrin dağılmasının günahkarı yalnız qadınlardır?"
Hicran Hüseynova həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda rəsmi nikah olmadan dini nikahın kəsilməsi qadağandır:
"Halbuki bu cür qanunsuz hallar da baş verir, amma belə ailələr tezliklə dağılır. Hörmətli axundlarımız öz icmalarında kişiləri bu və digər məsələlər, o cümlədən aliment haqqında maarifləndirməlidirlər".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Aliment Fondu yaratmalıyıq! Hicran Hüseynova
17 Dekabr 2025 16:13
Hicran Hüseynova parlamentdə təkliflə çıxış edib
20 Noyabr 2025 11:40
Azərbaycanda qadın məsləhətxanalarının sayı azalıb Hicran Hüseynova
20 Noyabr 2024 17:07
Prezidentin təltif etdiyi Hicran Hüseynova kimdir? DOSYE
12 Avqust 2025 13:35
Hicran Hüseynova: Qanunları bir az da sərtləşdirməliyik
19 Sentyabr 2025 16:59
Baxış sayı:70
Bu xəbər 24 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları