Icma.az
close
up
RU
Hikmət Babaoğlu: “Azərbaycan sülhə gedən yolda bütün minaları təmizləyib”

Hikmət Babaoğlu: “Azərbaycan sülhə gedən yolda bütün minaları təmizləyib”

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin iclasında çıxışı zamanı Azərbaycanın 2020-ci ildən sonra sülhə doğru atdığı addımları və bu istiqamətdə qarşılaşdığı maneələri dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, hazırda Azərbaycan artıq sülh prosesinin real mərhələsinə qədəm qoyub.

“Əslində biz 200 illik bir münaqişənin 90 il davam edən aktiv fazasından sonra nəhayət 2020-dən sonra sülh üçün yaranmış yeni şəraitdə sülh axtarışlarındayıq. Belə uzunmüddətli bir münaqişədən sonra birdən-birə sülhün əldə edilməsi mümkün deyildi. Ona görə də 2020-ci ilin 10 noyabrından sonra Azərbaycan Prezidentinin sülh konsepsiyası mərhələlərlə həyata keçirildi”, – deputat vurğulayıb.

Hikmət Babaoğlu qeyd edib ki, sülh yolunda ölkəmiz həm siyasi, həm diplomatik, həm də fiziki maneələri aradan qaldırmağı bacarıb:

“Biz bu prosesdə çox böyük minalarla üzləşdik. Onların bir qismi beynəlxalq təşkilatların — xüsusilə ATƏT-in Minsk qrupunun yaratdığı minalar idi. Digər hissəsi isə fiziki minalar və siyasi baryerlər idi. Nəhayət, bizim qarşımıza Zəngəzur dəhlizi ilə bağlı ‘böyük mina’ qoyulmuşdu, lakin bu məsələ də Birləşmiş Ştatlarda həll olundu və biz real sülh perspektivinə qədəm qoyduq”.

Deputat hesab edir ki, bu nəticələr Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, qətiyyətinin və siyasi cəsarətinin nəticəsidir:

“Bütün bu prosesin arxasında dərin bir zəka, üstün bir ağıl və qətiyyət var. Bu, Azərbaycan Prezidentinin fəaliyyətidir. Sülhə gedən yol açılıb, yalnız xırda maneələr qalıb”.

Hikmət Babaoğlu həmçinin parlament diplomatiyasının və ictimai dialoqun bu prosesdəki rolunu da xüsusi qeyd edib:

“Biz artıq qeyri-standart, qeyri-ənənəvi yollardan istifadə edirik. Hörmətli sədrin Ermənistan parlamentinin sədr müavini ilə görüşü, eləcə də ekspertlər səviyyəsində başlanan dialoq buna nümunədir. Yaxın zamanda vətəndaş cəmiyyəti institutları arasında da bu prosesin genişlənəcəyinə inanırıq”.

Deputat çıxışını Azərbaycan Prezidentinin Kəlbəcərdə səsləndirdiyi fikirlə tamamlayıb:

“Cənab Prezident demişdi ki, biz ermənilərlə əlaqələr qura, iqtisadi kommunikasiyaları aça bilərik, amma ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətləri heç vaxt unutmamalıyıq”.

Aidə Qurbanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri