Icma.az
close
up
RU
“Azərbaycan üçün Bəhreyn strateji mərkəzə çevrilir” Hikmət Babaoğlu

“Azərbaycan üçün Bəhreyn strateji mərkəzə çevrilir” Hikmət Babaoğlu

Icma.az bildirir, Operativ MM portalına istinadən.

“Bəhreyn krallığı konstitusiyalı monarxiya olmaqla Kəngər körfəzində, yəni Fars körfəzində ən önəmli geostrateji mövqeyə malik ölkələrdən biridir. Doğrudur, kiçik ölkədir, ancaq çox böyük maliyyə və investisiya imkanları olan bir ölkədir. Bəhreyn-Azərbaycan münasibətlərinin 2026-cı ildə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi olacaqdır. Və hazırkı mərhələdə Azərbaycanın Ərəbistan yarımadası və Şimali Afrikaya doğru istiqamətdə xarici siyasətində Bəhreyn xüsusi rol oynaya bilər və ona görə də son dövrlərdə Azərbaycan xarici siyasətində Bəhreynin bir qədər önə çəkilməsi də bununla bağlıdır”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Bəhreyndə Azərbaycan səfirliyinin açılması ilə bağlı danışarkən bildirib.

Deputat qeyd edib ki, hazırda Azərbaycan Xarici İşlər Naziri Bəhreynin Xarici İşlər Nazirliyi ilə görüşərək, qarşılıqlı şəkildə viza rejiminin aradan qaldırılması və əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində danışıqlar aparmaqdadırlar. Bu, indiki mərhələdə aktuallaşan Şimal-Cənub dəhlizi üzrə Bəhreyn və Azərbaycan arasında logistika imkanlarının yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Çünki Azərbaycan Asiya və Avropa arasında olduğu kimi, Şimal və Cənub yolları arasında da mühüm strateji nöqtədir. Bəhreynlə Azərbaycan arasında, əgər qruplaşdırmağa çalışsaq, əməkdaşlığın perspektivləri bir sıra mühüm istiqamətlər üzrə təyin edilə bilər.

O, vurğulayıb ki, bunlardan biri ticarət, ikincisi turizm, üçüncüsü investisiya və logistikadır ki, Bəhreynin Azərbaycanla əməkdaşlığının bu sahədə çox böyük perspektivləri var. Və nəhayət təhlükəsizlik məsələləri.

''Biz bilirik ki, bu yaxınlarda Bəhreynin Müdafiə naziri Azərbaycanın xarici işlər naziri ilə görüşüb, təhlükəsizlik məsələlərini müzakirə ediblər. Şübhəsiz ki, burada Azərbaycanın təhlükəsizlik imkanları, ondan sonra yeni, müasir hərbi sənaye məhsulları istehsal etməsi kimi məsələlər Bəhreynin diqqətini cəlb edir. Bütün bunların özü-özlüyündə çox böyük potensialı var. Ona görə də Bəhreynlə Azərbaycan arasında münasibətlərin bundan sonrakı mərhələdə yeni dinamik inkişaf dövrünü önümüzdəki tarixi mərhələdə görə biləcəyik'',- deyə Hikmət Babaoğlu yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see171

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see170

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri