Hikmət Əlizadə kliniki ölüm keçirdi FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib.
Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Məlumata görə, H.Əlizadə həmin müddətdə kliniki ölüm keçiribmiş.
Pasiyent dərhal angioqrafiya otağına aparılıb. Müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib. Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.
Məlumata əsasən, müdaxilə nəticəsində pasiyentin nə beynində, nə də ürəyində hər hansı zədələnmə qeydə alınmayıb. Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir. Onun bu gün evə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, Hikmət Əlizadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 May 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















