Maarifçilik tədbirləri ana xəttimizdir Hikmət Əlizadə
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Modern.az AzEdu.az-a istinadla Təhsil Şurası İctimai Birliyinin, həmçinin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə ilə müsahibəni təqdim edir.
Qeyd edək ki, müsahibədə H.Əlizadə rəhbəri olduğu ictimai birliyin təhsil sahəsindəki fəaliyyətinə toxunub:
- Hikmət müəllim, Təhsil Şurası İctimai Birliyi artıq təxminən, altı aydır fəaliyyət göstərir. Bu müddət ərzində hansı işlər görülüb?
- Çox sağ olun, sualınız üçün minnətdaram. Öncə onu qeyd edim ki, bu müddət ərzində idarə heyətinin bir-neçə iclası keçirilib, fəaliyyət planı təsdiqlənib, yeni namizədlər üzvlüyə qəbul edilib, gələcək perspektivlər haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Təhsil Şurası İB fəaliyyət planında nəzərdə tutulan işləri daha yüksək səviyyədə həyata keçirmək üçün ADPU, UNEC, “Azərbaycan müəllimi” qəzeti ilə əməkdaşlıq memorondumu imzalamışıq.
- Bu əməkdaşlıq memorandumları ilə bağlı hansı işləri həyata keçirə bilmisiniz?
- İlk olaraq, onu bildirmək istərdik ki, biz bu əməkdaşlıq müqavilələri çərçivəsində dekabr ayının 17-də Ali təhsil Forumu keçirməyi planlaşdırmışıq. Bu forumun keçirilməsində ölkəmizdə Süni intellekt şəraitində ali təhsilin inkişaf strategiyaları istiqamətində fikir mübadiləsi aparmaq, gələcək hədəfləri müəyyən etməkdir. Forumda müxtəlif ali məktəblərin rektorları və inzibati heyətinin iştirak etməsi gözlənilir.
- Hikmət müəllim, ölkəmizin təhsil həyatında necə, nə dərəcədə aktiv iştirak edirsiniz?
- Əlbəttə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas vəzifələrindən biri də ölkəmizin təhsil arenasında təşkil olunan tədbirlərdə iştirak etməkdir. Məsələn, onu qeyd edim ki, son günlərdə, mən bizim ictimai birliyin üzvləri ilə birlikdə “Peşə təhsili 10 il” kitabının təqdimatında, o cümlədən, peşə təhsilinin 10 illiyi ilə bağlı forumda iştirak etmişik.
- Sizin təşkilatın fəaliyyətinin bir istiqaməti də maarifçilik tədbirləri keçirməkdən ibarətdir. Son vaxtlar belə tədbirlər keçirmisiniz?
- Əlbəttə, maarifçilik tədbirləri bizim fəaliyyətimizin ana xəttini təşkil edir. Bu günlərdə mən Bakı Dövlət Universitetinin Sabah qruplarının tələbələri üçün “Dərsin psixopedaqoji problemləri” mövzusunda ustad dərsi dedim. Eyni zamanda, AGMA-nın “Tərbiyəçi müəllimlərin sertifikatlaşmasına hazırlıq” istiqamətində həyata keçirilən vebinarlardan birində spiker kimi “psixoloji hazırlıq və stressin idarə olunması” ilkə bağlı müəllimlərlə maarifləndirici söhbət həyata keçirmişəm. Bu günlərdə isə 6 saylı məktəbdə riyaziyyat dərsliklərinin müzakirəsində iştirak edib, fikirlərimizi müəlliflər və müəllimlərlə bölüşmüşəm.
- Hikmət müəllim, ictimai birliyin fəaliyyətində hansı yeniliyi edə bilmişiniz?
- Biz ictimai birliyin nəzdində Pedaqoqlar Mərkəzi təsis etmişik. Bu mərkəzdə müxtəlif kitabların təqdimatını, pedaqoji problemləri müzakirəsini, pedaqoji konfransların keçirilməsini və s. nəzərdə tutmuşuq. Yaxın günlərdə bu mərkəzin iclasını keçirib, onun fəaliyyət planını təsdiq edəcəyik.
- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
- Gələcək planlarımız çoxdur. Bir neçə təhsil müəssisəsi, o cümlədən təhsil sferasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalamaq, orta, orta ixtisas və ali təhsil müəssisələrinin müəllimləri ilə maarifləndirici görüşlər keçirmək, müəllimlər arasında müsabiqələr keçirmək və s. bizim gələcək planlarınızın ümumi cizgiləri belədir.
- Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.
-Çox sağ olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















