Hikmət Hacıyev AZƏRTAC ın kollektivini təbrik edib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 105 illik yubiley münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivini təbrik edib.
Prezidentin köməkçisi sosial şəbəkə hesabında qeyd edib: “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşının tamam olması münasibətilə kollektivin bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm. Ölkəmizin ilk milli informasiya agentliyi çətin və şərəfli bir yol keçib, xəbər mübadiləsi sahəsində daim yüksək peşəkarlıq nümayiş etdirib və beynəlxalq aləmdə Azərbaycanın güclü səsi olub. Həmişə yeniliklərə açıq olan, inkişaf və irəliləyiş yolunu seçən AZƏRTAC-ın 105 illik yubileyi münasibətilə əməkdaşlarını bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram”.
Baxış sayı:95
Bu xəbər 02 Mart 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















