Icma.az
close
up
RU
Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29da iştirak etməməsi məsələsindən danışıb

Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29da iştirak etməməsi məsələsindən danışıb

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.

Ölkə.az xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib: “Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.

Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib: “Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.

Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər. “Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri