Hikmət Hacıyev: Sülh sazişi tək kağız üzərində olmamalıdır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sülh sazişi imzalana bilər, amma bu tək kağız üzərində olmamalıdır.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir.
"Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".
H. Hacıyev Vaşinqton görüşündən sonrakı prosesə də toxunub:
"Azərbaycan sazişdə olan və icra edilməsi vacibiyyət daşıyan bir sıra məsələləri artıq həyata keçirməkdədir".
Baxış sayı:124
Bu xəbər 26 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















