Hikmət Mustafayevə yüksək vəzifə verildi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.
Mədəniyyət Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev təyin edilib.
1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.
Dövlət qulluğunun baş müşaviridir.
Xatırladaq ki, əvvəlki Aparat rəhbəri Mustafa Abbasbəyli ötən gün vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin edilib.
Mədəniyyət nazirinin imzaladığı digər əmrə əsasən, Mustafa Abbasbəyli Adil Kərimlinin müşaviri təyin edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















