Hindistan Cənubi Qafqazda sabitliyi təhdid edir İrəvanı niyə silahlandırır?
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 12-də Hindistanın paytaxtı Nyu-Dehliyə işgüzar səfər edəcək. O, Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Aclit Doval ilə görüşəcək.
Qeyd edək ki, ötən ilin dekabrında Ermənistan Milli Məclisinin sədri Alen Simonyan da Hindistanda səfərdə olub və Hindistan Prezidenti Drupadi Murmu ilə görüşüb.
“The Times of India”nın məlumatına görə, 2023–2024-cü maliyyə ilində Ermənistan, ABŞ və Fransa Hindistan silah sənayesinin ən iri müştərilərindən olublar. Bildirilir ki, Ermənistan son dörd ildə Hindistanla bir neçə hərbi müqavilə imzalayıb. Bu çərçivədə İrəvan raketlər, artilleriya sistemləri, radarlar, zirehli jiletlər, gecə görmə cihazları və digər hərbi texnika alıb.
Ermənistan Müdafiə Nazirliyi bu alışlarla bağlı rəsmi açıqlama verməkdən yayınır.
Rəsmi Bakı isə Ermənistanın Hindistan və digər ölkələrlə hərbi əməkdaşlığını regionun təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanın uzaqmənzilli hücum silahları ilə təchiz olunması Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Sərhəd bölgələrinə yeni silah sistemlərinin yerləşdiriləcəyi təqdirdə, onların zərərsizləşdirilməsi hüququnun saxlanıldığını vurğulayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















