Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Hindistan Cənubi Qafqazda yeni gərginlik ocağı yaradır

Hindistan Cənubi Qafqazda yeni gərginlik ocağı yaradır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu ocağın törədəcəyi fəsadların məsuliyyətini həm də Nyu–Dehli daşıyacaq

Ermənistan və Hindistan arasında əməkdaşlıq gündən-günə genişlənir. Demək olar ki, hər həftə bu istiqamətdə yeni məlumatlar açıqlanır. Xüsusilə, son vaxtlar hərbi və hərbi-texniki sahədə münasibətlərin inkişafı diqqətdən yayınmır. Hindistan hazırda Ermənistanın əsas silah tədarükçülərindən birinə çevrilib.

Əlbəttə, Ermənistan və Hindistan BMT-nin üzvü olan iki müstəqil dövlətdir. Onların arasındakı münasibətlərin inkişafı ilə bağlı məsələlərə bizim qarışmağımız düzgün olmazdı. Ancaq nəzərə almaq lazımdır ki, burada söhbət Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, azərbaycanlılara qarşı soyqırımı törətmiş, işğal etdiyi ərazilərdə olmazın vəhşiliklərə imza atmış, 2020-ci ildəki məğlubiyyətinə və bu gün sülh danışıqları aparmasına rəğmən, konstitusiyasından ölkəmizə qarşı iddialarını çıxarmaqdan imtina edən bir ölkədən gedir.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan baş naziri rəsmi Bakının ünvanladığı aydın çağırışlara baxmayaraq, bu yaxınlarda əvvəlki mövqeyini bir daha təkrarlayıb. Nikol Paşinyan ölkə konstitusiyasına dəyişiklik edilməsini sülh prosesi üçün vacib saymadığını bildirib. Ağ yalan danışaraq Ermənistan konstitusiyasının Azərbaycan ərazisinə heç bir iddia ehtiva etmədiyini (?) deyib. Onun sözlərinə görə, Bakının təzyiqi altında (?) konstitusiyaya dəyişikliklərin edilməsi mümkün deyil. “Ermənistan konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistan konstitusiya məhkəməsi 2024-cü il 26 sentyabr tarixli qərarında qeyd edib ki, konstitusiyanın preambulasında Müstəqillik bəyannaməsinə istinad yalnız konstitusiyanın mətnində əksini tapan müddəalara aiddir” – deyə Paşinyan özünün rəsmi “X” platformasındakı hesabında yazıb. Hayastan mediası isə bildirir ki, bu bəyanat müxalifət qruplarının və ictimaiyyətin mövqeyi ilə üst-üstə düşür, onlar əsas qanunun xarici təsir altında (?) dəyişdirilməsinə qarşıdırlar.

Belə bir məqamda Ermənistanın silahlanması Azərbaycanda təhlükəsizlik qayğılarının yaranmasına səbəb olur. İrəvanın bu addımları ölkəmizə qarşı təhdiddir. Bu səbəbdən bizim narahatlığımız təbii qarşılanmalıdır.

Bugünlərdə Ermənistanın Nyu–Dehlidəki səfiri Vaaqn Afyan Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşüb. Səfirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ikitərəfli perspektiv əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ənənəvi dostluq əlaqələri əsasında gələcək qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Bu məlumat bir daha göstərir ki, Ermənistan və Hindistan qarşıdakı dövrdə əlaqələri yalnız genişləndirəcəklər. Əlaqələrin genişlənməsində, təbii ki, silah-sursat tədarükü məsələləri üstünlük təşkil edəcək.

Bunun Ermənistanda revanşist niyyətlərin daha da güclənməsinə gətirib çıxaracağı şübhəsizdir. Beləliklə, aydın olur ki, Hindistan daha bir təxribatçı ölkə – Fransa ilə birgə bölgədə yeni gərginlik ocağı qalayır. Bu ocağın fəsadlarına görə məsuliyyəti həm də Nyu–Dehli və Paris daşıyacaq.

Onu da qeyd edək ki, Hindistanın bu addımları Azərbaycanda dəfələrlə tənqid olunub, qınanıb. Diqqətə çatdırılıb ki, Ermənistan təcavüzkar dövlətdir və belə bir ölkənin silahlandırılması bölgə üçün yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyev hələ 2023-cü il mayın 19-da Hindistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadırlar. Ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər Ermənistan, doğrudan da, Azərbaycanla sülh istəyirsə onda nə üçün yüz milyonlarla dollar dəyərində silah alır?! Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Ancaq Hindistan rəhbərliyi bu irad və qınaqlardan lazımi nəticə çıxarmadı. Nəticədə Azərbaycan tərəfi Nyu–Dehlinin regionumuzla bağlı destruktiv siyasətini daha açıq mətnlə tənqid etməyə başladı. Cənab İlham Əliyev 2024-cü il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Vətən müharibəsindən sonra bölgədə baş verən proseslərin xronoloji ardıcıllığına dair məntiqi ümumiləşdirmə apardıqdan sonra dedi: “Beləliklə, Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk”.

Prezident qeyd etdi ki, bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq: “Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin. Yenə deyirəm, mənim mesajım qətiyyən təkəbbürlü xəbərdarlıq kimi qəbul edilməməlidir. Xeyr! Onların nə etməsindən asılı olmayaraq, müdaxilə etməyəcəyəm. Bu, onların həyatı və onların ölkəsidir. Amma onlar bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ona görə də mənim onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin. Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansları yoxdur. İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik...”

Beləliklə, bir daha aydın olur ki, Hindistan və Ermənistan hərbi sahədə münasibətlərini hər nə qədər inkişaf etdirsələr də, bu, Azərbaycanı əsla qorxutmur. Rəsmi Bakı istənilən təxribata qarşı cavab hüququnu özündə saxlayır və bunu Ermənistan rəhbərliyi, o cümlədən hayları qızışdıranlar da bilməlidirlər.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi hələ də imzalanmadığı üçün Bakı İrəvanın dünyanın ayrı-ayrı dövlətləri ilə hərbi əməkdaşlığına, eləcə də hücum xarakterli silahlar almasına çox ciddi və həssaslıqla yanaşır. Onun sözlərinə görə, dünya praktikasına baxdıqda görmək olar ki, işğalçı dövlət məğlub olduqdan sonra onun silahlı qüvvələri buraxılır, silah-sursat alışına ciddi məhdudiyyət qoyulur. Amma biz bu gün Ermənistanın Fransa və Hindistan kimi ölkələrin sayəsində ciddi şəkildə silahlandığını görürük. Bu sırada əvvəllər Ermənistanda heç vaxt olmayan hücum xarakterli, uzaqmənzilli raketlərin işğalçı ordunun arsenalına verilməsi xüsusilə diqqəti cəlb edir.

Politoloq qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qanunvericilik müstəvisində davam etdiyi dövrdə Hindistanın Fransa kimi bu ölkəyə silahlar verməsi bizi ciddi şəkildə narahat edir. Bu narahatlıq daha çox Ermənistanın yenidən hansısa xəyallara düşəcəyi, revanş istəyəcəyi ilə bağlıdır: “Hindistan bu hərəkətləri ilə sülhə deyil, yeni müharibəyə “töhfə verən” beynəlxalq aktorlardan biri olduğunu ortaya qoyur. Hindistanın baş naziri Narendra Modi uzun müddətdir ki, millətçiliyi, müsəlmanlara qarşı aqressiv münasibəti ilə seçilir. Hətta, 2000-ci illərdə ABŞ hökuməti onun Birləşmiş Ştatlara daxil olmasına qadağa qoymuşdu. Səbəb də Hindistanın əyalətlərində müsəlmanlara qarşı Modi tərəfindən təqibçilik siyasətinin aparılması idi. O, ümumiyyətlə, qatı şovinizmi, digər etnik qruplara, ələlxüsus dini icmalara qarşı qeyri-tolerant münasibəti ilə seçilir. Vətən müharibəsindən sonra Hindistanın Errmənistanla hərbi əməkdaşlığı gücləndirməsi, eyni zamanda, beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə addımlar atması Nyu–Dehlini bizə qarşı olan tərəfə çevirib”.

Z.Məmmədovun fikrincə, ümumiyyətlə, Ermənistan bir çox ölkələrlə hərbi əməkdaşlığı genişləndirməkdədir. Biz 2024-cü ilə nəzər salsaq görərik ki, İrəvan Hindistan və Fransa ilə yanaşı, ABŞ, Yunanıstan və Cənubi Kiprlə də hərbi əməkdaşlığı gücləndirmək istiqamətində addımlar atıb. Cənubi Koreya və Çinlə isə hərbi-texniki əməkdaşlıq üzrə dialoqa başlanılıb. Bu isə ondan xəbər verir ki, 2025-ci il üzrə hərbi büdcəsini 2024-cü ilə nisbətən 20 faiz artıran, İkinci Qarabağ müharibəsinin baş verdiyi 2020-ci illə müqayisədə isə 2025-ci ilin hərbi büdcəsinin təxminən 2,8 dəfə böyük olacağı Ermənistan revanşa hazırlaşır: “Əgər vaxtilə Ermənistan ordusunun arsenalında Rusiya istehsalı olan silah-sursatın payı 96 faiz idisə, bu gün həmin rəqəm 10 faizə enib. Bunun da əsas səbəbi ermənilərin silah tədarükünü Fransa və Hindistan kimi ölkələrin hesabına şaxələndirməsidir. Ermənistan ötən illər ərzində təkcə Hindistandan 600 milyon dollarlıq hərbi texnika alıb. Bu, mediaya məlum olan rəqəmdir. Yəqin ki, gerçək rəqəmlər bundan qat-qat böyükdür. Bundan əlavə, İrəvan Su-30 qırıcı təyyarələrinin modernləşdirilməsi istiqamətində Nyu–Dehli ilə danışıqlar aparır. Eyni zamanda, “hava-hava” və “hava-yer” tipli hücum raketlərinin yenilərinin alınması istiqamətində iki ölkə arasında dialoq gedir”.

Müsahibimiz qeyd etdi ki, Hindistanın atdığı addımlar Cənubi Asiyadan xeyli uzaqda yerləşən Cənubi Qafqazda vəziyyəti gərginləşdirir. Hindistanın Ermənistanla hərbi əməkdaşlığının bir sıra səbəbləri var. Nyu–Dehli regionda gedən proseslərə Türkiyə amili üzərindən yanaşır. Türkiyənin Pakistanda güclənməsi, Azərbaycan–Pakistan əlaqələrinin inkişaf etməsi və bölgədə nəqliyyat kommunikasiyalarının açılması məsələsi də əsas məqamlardandır.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri