Icma.az
close
up
RU
Hindistan Cənubi Qafqazı diqqətlə izləyir

Hindistan Cənubi Qafqazı diqqətlə izləyir

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu sözləri Hindistanın İordaniya, Liviya və Maltadakı sabiq səfiri Anil Triqunayat Ermənistanın "Armenpress" dövlət xəbər agentliyinə müsahibəsində dilə gətirib. İrəvan şəhərinə "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında iştirak məqsədilə gedən diplomat ümumilikdə Cənubi Qafqazda baş verən nəqliyyat islahatları, o cümlədən "Tramp yolu" (TRIPP) və "Sülh qovşağı" layihələrindən danışıb.
Səfir vurğulayıb ki, regionda fasiləsiz kommunikasiya marşrutları son dərəcə həyati əhəmiyyətə malikdir.
"Cənubi Qafqazda başqa bir mühüm layihə Hindistanın da qoşulduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Bu dəhlizlər keçdikləri bütün ölkələrdən gələn investisiyalarla dinc kommunikasiya imkanları meydana gətirərsə, vəziyyət daha da asanlaşacaq. Bu mənada hamımız sülh naminə çalışmalıyıq", – Anil Triqunayat deyib.

(Hindistanın İordaniya, Liviya və Maltadakı sabiq səfiri Anil Triqunayat)
Səfir cari ilin avqust ayının 8-də Vaşinqton şəhərində ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları sənədlərə də münasibət bildirib. Onun fikrincə, həmin sənədlərdə nəzərdə tutulan nəqliyyat məsələlərinin həyata keçirilməsi üçün hələ vaxt lazımdır:
"Çünki Azərbaycan və Ermənistan qarşılıqlı şübhələri, anlaşmazlıqları çözələməli, qaydasına salmalıdırlar. Eyni zamanda, səmimiyyət də vacibdir. Bu baxımdan medianın rolu böyükdür. Hökumətlər mümkün dezinformasiya kampaniyaları ilə mübarizə aparmalı, ünsiyyət, maarifləndirmə və etimadın artırılması istiqamətində hər cür səy göstərməlidirlər".
BƏƏ "Tramp yolu"na töhfə verməyə maraqlıdır
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
BƏƏ "Tramp yolu"na töhfə verməyə maraqlıdır
Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri