Icma.az
close
up
RU
Hindistan da Türkiyəyə tərəf yönəldi KONKRET

Hindistan da Türkiyəyə tərəf yönəldi KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Keçən il Ankarada təşkil edilən ilk “Hindistan – Türkiyə” konfransı iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün başlanğıc nöqtəsi olmalı idi. Lakin liderlər arasındakı ideoloji fərqlərə baxmayaraq sürətlə inkişaf edən ticarət əlaqələri, cəmi bir neçə ay sonra kəskin böhranla üzləşdi.

KONKRET.az xəbər verir ki, ötən ilin mayında Kəşmirdə baş verən və 26 dinc sakinin ölümü ilə nəticələnən hücum Hindistan və Pakistan arasında döyüşlərin yenidən alovlanmasına səbəb oldu. Türkiyənin bu münaqişədə rəsmi İslamadı açıq şəkildə dəstəkləməsi və Hindistanın “Sindur” əməliyyatına qarşı çıxması Nyu-Dehlidə kəskin qəzəb doğurdu. Hindistan mediası Türkiyəni “düşmən” elan edərək, onu Pakistana silah tədarükündə ittiham etdi. Ankara isə bu ittihamları rədd edərək, hərbi əməkdaşlığın onilliklərə söykəndiyini bildirdi.

Bu gərginlik fonunda Hindistanda Türkiyəyə qarşı turizm boykotu başladı və nəticədə ölkəyə gələn hindistanlı turistlərin sayı 2025-ci ildəki 330 mindən 250 minə düşərək 25% azaldı. İkitərəfli ticarət dövriyyəsi isə 16,7% geriləyərək 9 milyard dollardan 7,5 milyard dollara endi. Bundan əlavə, Hindistan milli təhlükəsizlik bəhanəsi ilə Türkiyənin 9 böyük hava limanında fəaliyyət göstərən “Celebi Airport Services India” şirkətinin lisenziyasını ləğv etdi, “Air India” isə “Turkish Teknik”dən asılılığı azaldacağını açıqladı.

Lakin faktiki olaraq bir il dondurulmuş qalan münasibətlərdə son iki ayda gözlənilməz dönüş yaranıb. Hindistan tərəfi Türkiyəni ikitərəfli danışıqların 12-ci raunduna dəvət edib və Ankara Nyu-Dehliyə xarici işlər nazirinin müavini Bərris Ekinçini göndərib. Ankaradakı diplomatik mənbələrin məlumatına görə, ilk görüş olduqca müsbət keçib. Dialoqun bərpasına səbəb isə Türkiyənin Hindistanın məhdudiyyətlərinə və bəzi deputatların təxribatçı bəyanatlarına vaxtilə təmkinli reaksiya verməsi olub.

Ekspertlərin fikrincə, Hindistanı Türkiyə ilə münasibətləri bərpa etməyə sövq edən əsas amil iqtisadi və tranzit maraqlarıdır. Cari ilin fevral ayının sonunda İranın Hörmüz boğazını bağlamasından sonra Nyu-Dehli öz tranzit marşrutlarını yenidən nəzərdən keçirməyə məcbur olub. Hindistanın daha əvvəl təklif etdiyi, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçən IMEC (Hindistan-Yaxın Şərq-Avropa) layihəsi regiondakı münaqişələr və vətəndaş müharibələri səbəbindən təhlükə altındadır.

Hazırda Türkiyə Şərqi Asiyanı Avropa ilə Azərbaycan və Ermənistandan keçməklə birləşdirən “Orta Dəhliz”in əsas həlqəsi kimi mövqeyini gücləndirir. Ankara mənbələri bildirir ki, Hindistan tək bir marşrutdan asılı qalmaq istəmir və Türkiyə ilə Azərbaycanın irəli apardığı bu dəhlizə qoşulmaqda maraqlıdır. Buna baxmayaraq, Ankara hələ də Kəşmir probleminin referendum yolu ilə həll olunmalı olduğunu müdafiə edir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 May 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri