Icma.az
close
up
RU
Müharibə Türkiyəyə yaxınlaşır? KONKRET

Müharibə Türkiyəyə yaxınlaşır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Qara dəniz hövzəsində baş verən ardıcıl insidentlər Türkiyənin təhlükəsizlik mühitinə mümkün təsirlərlə bağlı sualları artırıb. Hərbi ekspertlər və ehtiyatda olan yüksək rütbəli hərbçilər bölgədəki gərginliyin Ankaranı müharibəyə cəlb etmək məqsədi daşıya biləcəyini bildirirlər.

KONKRET.az xəbər verir ki, ehtiyatda olan kontr-admiral Cem Gürdenizin fikrincə, müşahidə olunan proseslər Qara dənizdə dördüncü ilinə daxil olan müharibə çərçivəsində Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymağa yönəlmiş cəhdlərdir.

Gürdeniz hesab edir ki, əvvəllər də Türkiyəyə məxsus gəmilərə hücumlar qeydə alınıb və məqsəd Ankaranı münaqişənin bir tərəfinə çevirməkdir. Amma Türkiyə bu cür təxribatlara uymayacaq qədər siyasi yetkinliyə malikdir.

Son günlərdə Qara dənizdə hərəkətdə olan 3 Türkiyə qida gəmisinə qarşı hücumlardan sonra naməlum pilotsuz uçuş aparatının Türkiyə hava məkanına yönəlməsi və “F-16” qırıcısı ilə zərərsizləşdirilməsi bölgədə gərginliyi daha da artırıb.

Ölçüləri adi standartlardan kiçik olan hava obyekti əvvəlcə meteoroloji qurğu ola biləcəyi ehtimalı ilə nəzarət altında saxlanılıb, daha sonra onun PUA olduğu dəqiqləşdirilib və yaşayış məntəqələrindən kənarda vurulub.

PUA-nın qalıqlarının araşdırılması ilə onun mənşəyinin müəyyən ediləcəyi bildirilir.

Mövzu ilə bağlı “Sözcü” qəzetinə danışan ehtiyatda olan general-leytenant Erdoğan Karakuş da insidenti regional güc balansı kontekstində dəyərləndirib. “Rusiya, ABŞ ön plana çıxacağı üçün “Terrorsuz Türkiyə” prosesindən məmnun deyil. Vurulan PUA da Rusiyaya aiddir”, – o, “Sözçü”yə bildirib.

Qeyd edək ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahilləri yaxınlığında Rusiyaya məxsus “Kairos” neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmidə yanğın baş verib. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici müdaxilə” nəticəsində baş verdiyini açıqlamışdı.

Bundan bir neçə gün sonra, dekabrın 12-də isə Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa limanında lövbərdə olan Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisinə zərbə endirib. Həmin hadisə də Qara dənizdə təhlükəsizlik riskləri ilə bağlı narahatlıqları daha da artırmışdı. (Yeni Sabah)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri