Icma.az
close
up
RU
Hindistan daxildən qaynayır: Modinin etirazlara səbəb olan qərarı

Hindistan daxildən qaynayır: Modinin etirazlara səbəb olan qərarı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Himalayda yerləşən, azsaylı əhalisi olan Hindistanın Ladak bölgəsi yeni gərginlik mərkəzinə çevrilib. Qonşu dövlətlər - Pakistan və Çin də bu münaqişəyə cəlb oluna bilər. Bölgədə dəfələrlə problem yaşanıb. Sonuncu dəfə bu ərazi 2020-ci ildə - Hindistan və Çin əsgərlərinin qüvvələrini sınadığı yer kimi yadda qalıb. Odlu silahlardan istifadə edilməsə də, hər iki tərəfdən ölənlər olmuşdu. Ladakdakı indiki gərginliyə səbəb Hindistan və Çin arasında sərhəd mübahisəsi olmasa da, kənardan müdaxilələr istisna edilmir. Bu dəfə yerli sakinləri qəzəbləndirən regiona Hindistan ştatı statusu verilməməsidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Modinin etirazlara səbəb olan qərarı

Məsələ ondadır ki, Hindistanın Baş naziri Narendra Modi Ladakın birbaşa mərkəzi hakimiyyətə tabe olan birlik ərazisinə çevirən islahat keçirib. "The New York Times" qəzetinin məlumatına görə, regionun bir çox sakinləri Hindistan tərəfindən onların bölgəsinə sərt nəzarət qurulmasından böyük məyusluq yaşayırlar. Səbəbləri aydındır: qərbdə problem yaşadığı Pakistan, şərqdə isə münasibətləri yaxşı olmayan Çin yerləşir. Narazılıq uzun müddət yığılıb və iğtişaşlara çevrilib. Minlərlə insan bu günlərdə bölgənin mərkəzi şəhəri Lehdə Ladaka ştat statusunun verilməsini tələb edərək etiraz nümayişinə çıxıb. "Mahatma Qandinin ruhunda aclıq aksiyası elan edən fəallar etirazçıların hisslərini daha da alovlandırıblar. Ancaq Qandi hakimiyyətə qarşı müqavimətin bu formasına yaxşı hazırlaşmışdı, özünü minimal miqdarda qida ilə keçinməyə alışdırmışdı. Ladakda aclıq aksiyasında iştirak edənlərin isə belə hazırlığı yox idi, onları həkimlərə təhvil verib xilas etmək lazım gəlib. Bu da etirazlara təkan olub. Nümayişçilər polis ilə toqquşub, Baş nazir Modinin partiyası olan Bharatiya Janata Partiyasının ofisi yandırılıb", - məlumatda bildirilir. Hindistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 30-dan çox insan yaralandığından polis özünümüdafiə məqsədilə atəş açmağa məcbur qalıb. Nəticədə ölənlər olub: DİN konkret rəqəm verməyib. Belə hallarda adətən olduğu kimi, hakimiyyət və müxalifət nümayəndələri günahı bir-birinin üstünə atırlar.

Nepalda baş vermiş son hadisələrin ssenarisi?

Muxtariyyət uğrunda mübarizə qrupunun ən tanınmış fəalı Çerinq Dorcey beş nəfərin öldüyünü və ən azı 70 nəfərin yaralandığını bildirib. Ladak bölgəsinin səlahiyyətli qubernatoru Kavinder Qupta yerli etirazları Nepal və Banqladeşdəki gənclərin üsyanları ilə müqayisə edənləri zorakılığı qızışdırmaqda günahlandırır. "Əgər onlar dayandırılmasaydı, bütün şəhəri yandırardılar", - o iddia edir. Dorcey zorakılıq istəmədiyini söyləyərək özünü müdafiə edir. Onun sözlərinə görə, hakimiyyətin aclıq aksiyasına reaksiya verməməsi gəncləri hiddətləndirib. O etiraf edir ki, muxtariyyət uğrunda hərəkatın gənclər qolunun üzvləri polislərə daş atmağa başlayıb, bir neçə evi zədələyiblər. Dorceyin sözlərinə görə, bu, muxtariyyətçilər kütlə üzərində nəzarəti itirdiyi zaman baş verib. Hindistan federal hökumətinin bəyanatında vəziyyət fərqli şəkildə təsvir edilir: "Etiraz təşkilatçıları əvvəldən "Ərəb baharı" və ya Nepalda baş vermiş son hadisələrin ssenarisi ilə inqilab etmək məqsədilə zorakılığa meyillənmişdilər".

Əraziyə Pakistan da iddialıdır

Ölkə hakimiyyətini narahat edən digər məsələ isə Ladak muxtariyyəti uğrunda mübarizə aparan fəalların etirazları Hindistanın paytaxtına köçürmək planlarıdır. Onlar oktyabrın 6-da Nyu-Delidə, hökumət idarələrinin ofisləri qarşısında aclıq aksiyası keçirməyi planlaşdırırlar. Ladakdan olanların bütün Hindistanı əhatə edən inqilab təşkil edəcəkləri ilə bağlı narahatlıqlar şişirdilmiş görünsə də, onların səbəbindən Kəşmirdəki vəziyyətin kəskinləşəcəyi təhlükəsi tamamilə real görünür. Əsasən buddistlər və müsəlmanlar tərəfindən məskunlaşmış Ladak təkcə Hindistan və Çin arasında deyil, həm də Hindistan və Pakistan arasında qarşıdurma məkanı olub. Hindistan müstəqillik qazandıqdan sonra Kəşmir Hindistan və Pakistan arasında müharibələr meydanına çevrildi. Sonuncu döyüş toqquşması mayda dörd gün davam edən insident idi. Bu, atəşkəs razılaşması ilə başa çatsa da, qarşılıqlı iddialar aradan qalxmayıb. Həm Hindistan, həm də Pakistan hələ də bütün Kəşmirə sahib olmaq iddiasındadır və bir-birini ölkələrində "dövlət əleyhinə qüvvələrə" dəstək verməkdə günahlandırır.

1999-cu ildə isə bilavasitə Ladak dağlarında, Karqil adlanan qərb hissəsində aviasiya və zirehli texnika istifadə etməklə təxminən min nəfərin həyatını itirdiyi, bəzən "Karqil müharibəsi" adlandırılan ciddi döyüşlər təxminən bir ay davam edib.

Pakistan-Səudiyyə, Hindistan-Rusiya əməkdaşlığı

Ladak gərginliyinin yeni Pakistan-Hindistan qarşıdurmasına yol açacağına dair ehtimallar da var. Ən azından Hindistan Pakistanla gərginlikdə maraqlı görünür. Sürətlə silahlanmağa doğru irəliləyir - Rusiyadan əlavə S-400 "Triumf" və ya yeni nəsil S-500 "Prometey" sistemləri almaqla öz hava hücumundan müdafiəsini genişləndirməyi düşünür. Bu barədə "Print" qəzeti Hindistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Belə getsə, ABŞ Prezidenti Donald Trampın Pakistan-Hindistan münaqişəsinin nizamlanması üzrə səyləri nəticəsiz qala bilər. Pakistan da Hindistanın sürətli silahlanması fonunda sakit durmaq istəmir. Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda "Strateji Qarşılıqlı Müdafiə Sazişi"ni imzalayıb. Əvvəlki razılaşmalara əlavə olaraq, iki ölkənin indi kollektiv müdafiə, bəlkə də nüvə komponenti də daxil olmaqla, öhdəliyi var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Oktyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri