Tramp Modinin inadını qırdı Hindistan Rusiya qazından imtina etdi
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Nəhayət Vaşinqtonla Yeni Dehli arasında razılaşma əldə olundu. Bu razılaş ticarət və enerji sahəsini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında məlumat verib. Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar. Bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir”.
Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.
Politoloq qeyd edib ki, Donald Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq və daha çox nefti ABŞ-dan, mümkün variant kimi isə Venesueladan alacaq: “Əgər Hindistan bu vədini yerinə yetirərsə, bu Rusiyanın problemlərini daha da artıracaq. ABŞ Prezidentinin sözlərinə görə, Yeni Dehlinin Rusiyadan nef almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-a qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Yeni Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirə yetirdiyini yazıb. Onun sözlərinə görə, Hindistan ABŞ-dan energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb”.
Elxan Şahinoğlunun sözlərinə görə, Vaşinqtonla Yeni Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp Prezident seçildiyi dönəmdən davam edirdi: “Yeni Dehli Vaşinqtondan əvvəl Brüsellə ticarət razılaşması əldə etdi. Beləliklə, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır.
Bu arada, Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədəə hərbi xərcləri 85.5 milyard dollar nəzərdə tutması da müşahidəçilərin diqqətindən yayınmayıb. Hindistan bu xərclər çərçivəsində hərbi texnika istehsalının və sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı planlaşdırır. Görünür, Hindistan hərbi xərcləri artırmaq qərarı qonşusu Çinin artan hərbi gücü ilə əlaqəlidir. Hindistan bu çərçivədə həm özünün hərbi-sənaye kompleksini genişləndirmək, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını genişləndirməyi planlaşdırır. Vaşinqtonla Yeni Dehli arasında əldə olunan ticarət razılaşması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa da təkan verə bilər”, – deyə politoloq fikrini yekunlaşdırıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Hindistan Rusiyadan neft almağa davam edəcəkmi? Tramp Modinin qərarını açıqladı
22 Oktyabr 2025 11:08
Hindistan Pakistan müharibəsi Modinin islamofob düşüncəsinin nəticəsi ŞƏRH
07 May 2025 16:29
Hindistan daxildən qaynayır: Modinin etirazlara səbəb olan qərarı
06 Oktyabr 2025 00:04
Hindistan polisi Modinin təyyarəsində terror təhlükəsi ilə bağlı araşdırmaya başlayıb
12 Fevral 2025 13:36
Modinin hesablaşma anı indidirmi?..
14 Avqust 2025 17:50
Baxış sayı:101
Bu xəbər 03 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















