Icma.az
close
up
RU
Hindistan Ermənistanı savaşa hazırlayır

Hindistan Ermənistanı savaşa hazırlayır

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində Ermənistan və Hindistan arasında qurulan hərbi əməkdaşlıq əlaqələrindən bəhs olunub. İşğalçı ölkənin Azərbaycan tərəfindən darmadağın edilən ordusunu yenidən dirçəltmək yolunda səylərini əsirgəməyən rəsmi Dehli İrəvana göndərdiyi silahlarla yanaşı, zinvor ordusu üçün xüsusi təyinatlı qüvvələr yetişdirmək öhdəliyini də öz üzərinə götürüb.

"Indian Defence Research Wing" hərbi nəşrinin bununla bağlı yaydığı məlumata görə, Ermənistan ordusunun nümayəndələri artıq əməkdaşlıq proqramına hazırlıq çərçivəsində Hindistanın "ŞATRUCİT" elit briqadasının bazasına da baş çəkiblər. Səfər zamanı erməni ordusunun yeni yaradılmış Xüsusi Əməliyyat Qüvvələri mənsublarının Hindistanın "High Altitude Warfare School" (HAWS) − "Yüksək Hündürlükdə Döyüş Məktəbi"ndə təlim keçməsi razılaşdırılıb. Məktəb yüksək hündürlükdə döyüş, qar uçurumuna dırmaşma, dağda sağ qalma bacarıqları, əks-kəşfiyyat və eyni zamanda, qar və buz sənətkarlığı üzrə əsgər və zabitlər hazırlayır.

Artıq çoxdan məlumdur ki, Ermənistanla hərbi sahədəki bu cür sıx əməkdaşlıq rəsmi Dehlinin ilk növbədə Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı strateji hədəflərinin olmasından irəli gəlir. Bu istiqamətdə onun revanş həvəsi ilə alışıb-yanan və bu illüziya arxasınca özünü dağa-daşa vuran Ermənistandan istifadə etməyə çalışmasında qəribə heç nə yoxdur.

Çünki Qafqazın üç ölkəsi arasında yalnız Ermənistanın belə dərin "özünü istifadəyə vermə" təcrübəsi var və bundan yararlanmamaq Dehli üçün ağılsızlıq olar. Üstəlik, o halda ki, bu, hind hökumətinə həm də özünün ciddi sınaqlardan çıxmamış hərbi sənaye məhsullarını İrəvanda yaxşı qiymətə realizə etmək imkanları yaradır.

O ki qaldı Ermənistan ordusunun, xüsusilə də sözügedən erməni əməliyyat qüvvələrinin hind xüsusi təyinatlı məktəbindən əldə edəcəklərinə, hərbi sahəyə bələdçiliyi olan hər kəs bilir ki, ölkə xaricində əldə edilən istənilən bilik və bacarıqları yerli müharibə teatrının şərtlərinə uyğunlaşdırmadan tətbiq etmək mümkün deyil. Bu, özlüyündə əsaslı yanaşma və zaman tələb edən bir işdir.

Ətraflı süjetdə:

Hindistan Ermənistanı savaşa hazırlayır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri