Icma.az
close
up
RU
Hindistan Asiyanın Ermənistanı rolunu oynayır ŞƏRH

Hindistan Asiyanın Ermənistanı rolunu oynayır ŞƏRH

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Hindistan Asiya qitəsinin Ermənistanı rolunu oynayır". 

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Hindistanla Pakistan arasında yaşanan son gərginlikləri şərh edərkən bildirdi.

"Rəsmi Dehli də Pakistana qarşı hərbi təxribatlar törədir, sonradan isə bu hərbi təxribatların günahını Pakistana yıxmağa çalışır. İki dövlət arasında 10 illik boyudur “Kəşmir böhranı” deyilən bir problem mövcuddur. Əslində dost olmalı olan iki dövlət illərdir düşmən münasibətlərə malikdirlər. Əsas problem də Hindistanın müsəlman əhaliyə qarşı zorakı siyasət yürütməsidir.
Pakistan Hindistanla qarşıdurmada elə bir ciddi günaha sahib deyil, əksinə, Pakistan müdafiə olunan tərəfdir. Adətən hərbi, siyasi təxribatlar Hindistan tərəfindən törədilir. Bu baxımdan, Pakistanın özünü müdafiə etmək üçün müəyyən addımlar atması, Hindistanın hərbi təcavüz prosesinə hazırlaşması qətiyyən təəccüblü deyil, tamamilə normal bir prosesdir", - deyə müsahibimiz vurğuladı.

Politoloq qeyd etdi ki, Pakistan suveren dövlət olaraq öz sərhədlərini qorumaq hüququna malikdir.

"Hindistanın hərbi təxribatlarına dərhal cavab vermək hüququnu əlində saxlamaq istəyir. Pakistan hazırda Hindistanın hərbi təcavüz edə biləcəyini düşünərək müharibə şəraitinə keçmək üzrədir. Belə başa düşülür ki, iki dövlət arasında gərginlik artmaqda davam edəcək, qarşıdurma dərinləşə bilər. Proses nəticədə növbəti dəfə iki dövlət arasında hərbi toqquşmaların baş vermə ehtimalını maksimum səviyyəyə gətirib. Düşünmək olar ki, indiki situasiyada Ermənistanın müttəfiqi kimi davranan Hindistan Asiya qitəsində Ermənistanın Cənubi Qafqazda yürütdüyü siyasəti eynilə təkrarlayır. Hesab etmək olar ki, Hindistan da Asiyanın Ermənistanı rolunu oynayır", - deyə E.Xalidbəlyi bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri