Hindistan İslamabaddakı səfirliyinin əməkdaşlarının sayını iki dəfə azaldır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistan hökuməti İslamabaddakı səfirliyinin və Yeni-Dehlidəki Pakistan diplomatik nümayəndəliyinin əməkdaşlarının sayını demək olar ki, iki dəfə azaldır.
APA xəbər verir ki, bu qərar Cammu və Kəşmirdə baş vermiş terror aktından sonra verilib. Həmin hücum nəticəsində 26 nəfər həlak olub.
Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri bildirib ki, səfirliklərin ümumi heyəti 2025-ci il mayın 1-dək həyata keçiriləcək əlavə azalmalarla 55 nəfərdən 30 nəfərə endiriləcək.
Misri həmçinin bildirib ki, Pakistan vətəndaşlarına Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) çərçivəsində bəzi yüksək vəzifəli şəxslərə verilən xüsusi səfər sənədləri ilə Hindistana daxil olmaq qadağan olunacaq.
“Pakistan vətəndaşlarına SAARC sistemi üzrə daha əvvəl verilmiş bütün vizalar ləğv olunmuş hesab edilir. Hazırda belə viza ilə Hindistanda olan hər bir Pakistan vətəndaşı 48 saat ərzində Hindistanı tərk etməlidir,” – deyə hindistanlı diplomat əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Aprel 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















