Icma.az
close
up
RU
“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır

“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Niderlandın milli aviadaşıyıcısı “KLM” şirkəti bəzi fəaliyyət istiqamətlərinin digər şirkətlərə ötürülməsini və işçi sayının azaldılmasını nəzərdə tutan, təxminən 5 min iş yerini əhatə edən yenidənqurma planı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, şirkətin məlumatında qlobal qeyri-sabitlik, yanacağın yüksək qiymətləri və aviasiya sektoruna artan təzyiqlər səbəbindən şirkətin bütün bölmələrini əhatə edən tədbirlərin həyata keçiriləcəyi bildirilib. Planın əsas məqsədi şirkətin daha kiçik, sadə və çevik strukturunu formalaşdırmaqdır. Bu çərçivədə bəzi fəaliyyət istiqamətlərinin kənar xidmət təminatçılarına həvalə edilməsi, digərlərinin isə “Air France-KLM” qrupunun tərkibində birləşdirilməsi nəzərdə tutulur.

“KLM”də iş yerlərinin sayı təxminən 15 faiz azaldılacaq və ümumilikdə 5 minədək vəzifənin strukturu yenidən təşkil olunacaq. Bu çərçivədə iaşə xidmətləri üzrə 1250 iş yerinə uyğun fəaliyyətin artıq yaz mövsümündən etibarən “Gategroup” şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirildiyi bildirilib. Həmçinin yerüstü xidmətlər sahəsində təxminən 800 iş yerini əhatə edən fəaliyyətin kənar şirkətlərə ötürülməsi planlaşdırılır.

Müştərilərlə əlaqə mərkəzi “Cygnific”dəki 1500 iş yeri də daxil olmaqla, ümumilikdə 2 min iş yerinin “Air France-KLM” qrupunun strukturuna daxil ediləcəyi bildirilib. Bundan əlavə, səmərəliliyin artırılması hesabına “KLM”də təxminən 1000 iş yerinin ixtisar olunacağı qeyd edilib.

Şirkətin açıqlamasında vurğulanıb: “Bu tədbirlər gəlirlərimizi artırmağa və struktur xərclərimizi daha da azaltmağa kömək edəcək. Qarşıda böyük bir sıçrayış etməliyik”.

Bildirilib ki, 2028-ci ilədək əməliyyat səmərəliliyinin ən azı 8 faiz artırılması və bu artımın davamlı xarakter alması hədəflənir. Eyni zamanda, əməkhaqqı artımlarının məhdudlaşdırılması nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər nəticəsində şirkətin illik gəlirinin 1 milyard avro artırılması planlaşdırılır.

Açıqlamada, həmçinin Avropa marşrutlarında istifadə olunan təyyarə parkında dəyişiklik ediləcəyi bildirilib. Belə ki, donanmaya daxil edilməsi planlaşdırılan “Airbus A320” təyyarələrinin əvəzinə daha kiçiktutumlu “Embraer E195-E2” təyyarələrinin seçilməsi nəzərdə tutulur. “Boeing 737” və “Embraer E190” təyyarələrinin isə növbəti illərdə mərhələli şəkildə donanmadan çıxarılacağı qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri