Icma.az
close
up
RU
Hindistan Pakistan danışıqları yalnız hərbi xarakterli olacaq Hindustan Times

Hindistan Pakistan danışıqları yalnız hərbi xarakterli olacaq Hindustan Times

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq; siyasi təmaslar olmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Biz əvvəldən belə bir fikirdəyik ki, Hindistan və Pakistan arasında baş tutacaq yeganə danışıqlar hərbi komandirlər arasında olacaq və birbaşa siyasi danışıqlar olmayacaq”, - deyə mənbələr bildiriblər. Onlar qeyd ediblər ki, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və onların pakistanlı həmkarları arasında heç bir əlaqə yoxdur.

Bundan əlavə, rəsmi Yeni Dehli hesab edir ki, Kəşmir məsələsində Pakistanın “qanunsuz olaraq işğal etdiyi” ərazilərin Hindistana qaytarılmasından başqa İslamabadla müzakirə ediləcək heç nə yoxdur və bu mövzuda müzakirələr birbaşa aparılmalıdır. “Daha müzakirə olunacaq bir şey yoxdur, onlar qanunsuz işğal olunmuş əraziləri qaytarmalıdırlar və bunu birbaşa edə bilərlər. Bizim aramızda heç kimə ehtiyacımız yoxdur", - deyə nəşrə məlumat verən mənbələr bildiriblər.

Qəzetin məlumat aldığı şəxslər onu da xatırladıblar ki, Pahalqamda (Hindistan birliyi ərazisi olan Cammu və Kəşmir) terror aktından sonra qəbul edilmiş Hind Suları Müqaviləsinin dayandırılması barədə qərar qüvvədə qalır. "Pakistan ikitərəfli münasibətlərdə öz seçdiyi sahələrdə əməkdaşlıq gözlədiyi halda, sərhədyanı terrorizmi dəstəkləməyə davam edə bilməz", - deyə mənbələr vurğuladılar.

Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan birliyinin Cammu və Kəşmir ərazisindəki Pahalqamda 25 Hindistan vətəndaşının və bir Nepalın ölümünə səbəb olan terror hücumundan sonra pisləşib. Hindistan Pakistanın Xidmətlərarası Kəşfiyyatını (ISI) Lashkar-e-Taiba tərəfindən həyata keçirilən hücumla əlaqələndirən dəlillərə malik olduğunu bildirib. Yeni Dehli və İslamabad qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri bu əməliyyatı “Sindoor” adlandıraraq terrorçuların Pakistandakı bazalarına zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Pakistan hökuməti genişmiqyaslı hərbi əməliyyata, “Banyan-ul-Marsoos” (Qurşunla örtülmüş divar) əməliyyatına başlayıb. Mayın 10-da Yeni Dehli və İslamabad atəşkəs barədə razılığa gəliblər. Hərbi danışıqlardan sonra tərəflərin quruda, havada və dənizdə bütün atışma və hərbi əməliyyatları dayandırması barədə razılıq əldə olunub. Lakin bir neçə saat sonra Cammu və Kəşmir və Pəncabın bir neçə şəhərində pilotsuz təyyarələr aşkar edilib, hava hücumundan müdafiə sistemləri işə salınıb, elektrik enerjisi kəsilib.

Hindistan hərbi rəsmiləri bildiriblər ki, gecə Hindistan və Pakistan arasındakı beynəlxalq sərhəd boyunca sakit keçib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 May 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri