Icma.az
close
up
RU
Hindistan Pakistan gərginliyi: İlginc mesaj ortaya çıxdı Zəngəzur detalı

Hindistan Pakistan gərginliyi: İlginc mesaj ortaya çıxdı Zəngəzur detalı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Aprelin 22-də Hindistanın Pakistanla sərhədində baş verən terror aktından sonra iki ölkə arasında gərginlik artmağa davam edir. Hər iki ölkə bir-birinin ərazisinə hava hücumları həyata keçirir.

Əsasən Hindistanın kiçik miqyaslı hücumlarına Pakistan ordusundan sərt cavab verildiyi müşahidə olunur. Sərhədin iki tərəfində də ordular cəmləşdirilir. Həm Dehli, həm də İslamabad rəsmiləri müxtəlif əməliyyatların keçirildiyini açıqlayır və müharibə bəyanatları verirlər.

Hindistan-Pakistan gərginliyi böyük müharibə ilə nəticələnə bilərmi? Bu münaqişənin indiki vəziyyətdə alovlanmasının səbəbləri nələrdir?

Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Barın deyib ki, illərlə türk ölkələrini birləşdirəcək Zəngəzur dəhlizi müzakirə mövzusu oldu:

“Bu istiqamətdə müəyyən irəliləyişlərin qeydə alınması və xüsusilə də Çin tərəfindən dəhlizə dəstək göstərilməsi imperialist dairələri ciddi şəkildə narahat etdi. Həmin narazılığın nəticəsi olaraq alternativ ticarət marşrutları müəyyənləşdirildi. Onlardan ən önəmlisi isə, Çin və Türk dünyasının strateji mərkəzi olan Türkiyəni oyundankənar buraxan Hindistan – Yaxın Şərq– Avropa iqtisadi dəhlizi idi.

Pakistan və Hindistan Çinin birbaşa qonşuluğundadır. Belə bir şəraitdə Hindistana dəstək verilməsi ilə həm Pekin üzərində təzyiq artırılır, həm də Türkiyə və Çin tərəfindən dəstəklənən Pakistanı nəzarətdə saxlamaq məqsədi güdülür.

Baxmayaraq ki, münaqişənin əvvəlində bəzi qüvvələr “biz müharibə istəmirik, dünya belə bir savaşı qaldıra bilməz” kimi açıqlamalar verirdilər. Amma arxa planda Hindistana dəstək göstərirlər ki, bunun əsas səbəbi də aydındır”.


Həsən Barın

Politoloq 10 gün əvvək pakistanlı bir jurnalistlər böyük müharibə başlayacağı ilə bağlı mesaj aldığını söyləyib:

“Yəni mənə belə bu prosesin vaxtı öncədən deyilmişdi. Bəs minlərlə müşaviri, dünyanın hər yerində casusları olan, hətta göylərin ən yüksək qatında uçan quşun belə dırnağının uzunluğundan xəbərdar olan imperialist güclər bunu bilmirdilərmi? Əgər istəsəydilər, qarşısını ala bilməzdilərmi?

Qarşısını almağı bir kənara qoyaq, müharibə başlayana qədər normal bir açıqlama belə verilmədi. Hindistana “yaşıl işıq” yandırıldı və bu ölkə özünü güclü hesab edərək alçaqcasına hücuma keçdi.

Əgər deyilənlərin doğru olmadığını fərz etsək belə, sual yaranır: On illərdir davam edən Kəşmir problemi niyə məhz bu səbəblər formalaşdıqdan dərhal sonra yenidən alovlandı?

Niyə Pakistanın suvarma ehtiyacının 80%-ni təmin edən Çenap çayı üzərindəki Bağlıhar Su Elektrik Stansiyasının qapaqları qəfil bağlanaraq suyun axını dayandırılır?

Hər zaman açıq və gizli şəkildə Türkiyəyə, Azərbaycana və ümumilikdə türk dövlətlərinə dəstək vermiş, etdiklərini heç vaxt unutmadığımız, minnətlə xatırladığımız qardaş Pakistanı dəstəkləyirik. Müharibədə də, sülhdə də bu mövqe dəyişməyəcək və əbədi olaraq belə qalacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri