Icma.az
close
up
RU
Hindistan Pakistan gərginliyi Azərbaycan turizminə təsir edəcəkmi?

Hindistan Pakistan gərginliyi Azərbaycan turizminə təsir edəcəkmi?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Son günlər aralarındakı hərbi-siyasi gərginliyin artması ilə dünyanın diqqət mərkəzində olan Hindistan və Pakistan Azərbaycanın turizm sektorunda əhəmiyyətli paya malikdir.

Bunu Dövlət Statistika Komitəsinin açıqladığı turizmin mövcud vəziyyəti haqqında hesabata əsasən demək olar.

Sənəddə deyilir ki, bu ilin I rübündə Azərbaycana səfər etmiş 508.1 min əcnəbi və vətəndaşlığı olmayan şəxsin 10.8 %-i Hindistan, 2.7 %-i Pakistandan gələnlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrdən səfərlərin sayı müvafiq olaraq 47.6 % və 11.5 % artıb.

Bəs regionda vəziyyətin gərginləşməsi həm Hindistandan, həm də Pakistandan xaricə səyahət etmək istəyən insanların planlarına, konkret olaraq Azərbaycan turizminə təsir edəcəkmi?

Oxu.Az xəbər verir ki, "Report" mövzunu turizm bazarı üzrə ekspertlərlə müzakirə edib.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, adıçəkilən ölkələr həm əhali, həm də ərazi baxımından böyüklüyü ilə seçilirlər:

"Hərbi vəziyyət elan edilmədiyi və sərhədlər bağlanmadığı halda yaranmış vəziyyətin gələn turistlərin sayına ciddi təsir göstərəcəyi gözlənilmir. Əgər ölkədən çıxışa məhdudiyyət yoxdursa, mövcud durumun Azərbaycana gələn turist axınına təsiri o qədər də hiss olunmayacaq. Lakin gərginlik dərinləşsə, hərbi vəziyyət elan olunsa, sərhədlər bağlansa, bu, turizm axınını ciddi şəkildə azalda bilər".

Onun sözlərinə görə, bu kimi riskləri azaltmaq üçün Azərbaycan daim yeni turizm bazarlarını araşdırmalı və şaxələndirmə siyasətini davam etdirməlidir:

"Ölkə yalnız bir neçə məhdud bazara fokuslansa, bu, turizm sektoru üçün ciddi risklər yarada bilər. Azərbaycan daim yeni bazarlar açmalıdır. Məsələn, Çindən turistlərin cəlb olunması üçün münasibətlərin inkişafı vacibdir. Eləcə də digər ölkələrlə də turizm nöqteyi-nəzərindən hədəf bazarları artırılmalı, uyğun bazarlardan gələn turistlərin sayının artırılması üçün imkanlar nəzərdən keçirilməlidir. Zamanla mərhələli şəkildə yeni istiqamətlər açılır, hava nəqliyyatı qurulur, viza rejimi sadələşdirilir. Bütün bunlar bazarın diversifikasiyası məqsədi daşıyır və bu cür geosiyasi risklər fonunda turizm sektoruna təsirləri minimuma endirmək üçün vacibdir".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi isə deyir ki, müharibə gedən ölkələrdə xaricə səyahət etmək barədə düşünənlərin sayı, təbii ki, azalacaq:

"Odur ki, Azərbaycan potensial risklərə qarşı qabaqlayıcı addımlar atmalı, alternativ bazarlarla daha sıx və dayanıqlı əməkdaşlıqlar qurmalı, diqqətini müəyyənləşdirilmiş hədəf ölkələrə yönəltməlidir. Bu baxımdan Azərbaycanın turizm sektoru üçün ən yaxın və böyük potensiala malik tərəfdaşlardan biri Rusiyadır. Şimal qonşumuzla əməkdaşlıq dərinləşdirilməlidir. 148 milyon nəfər əhalisi olan Rusiya gəlmə turizmi baxımından strateji əhəmiyyət daşıyır. Düşünürəm ki, Rusiya ilə əlaqələr genişləndirilərsə, Hindistan və Pakistandan mümkün turist itkisini müəyyən qədər kompensasiya etmək olar".

"Bu istiqamətdə konkret fəaliyyət göstərəcək məsul qurumlara ciddi ehtiyac var. İmzalanmış sənədlərin real nəticə verməsi üçün ardıcıl və effektiv işləmək, bu məsələyə sistemli yanaşmaq lazımdır", - deyə ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri