Icma.az
close
up
RU
Hindistan Pakistanla qarşıdurmadan IWT ni tam ləğv etmək üçün istifadə etməyə çalışır KİV

Hindistan Pakistanla qarşıdurmadan IWT ni tam ləğv etmək üçün istifadə etməyə çalışır KİV

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Nüvə silahına malik iki qonşu dövlət - Hindistan və Pakistan arasında real müharibə olacağı qorxusu fonunda bir çox ekspertlər Nyu Dehlinin mövcud vəziyyətdən həqiqətən nə əldə etmək istədiyinə dair suala artıq cavab veriblər. Bu, Pahalqamdakı terror aktından dərhal sonra dayandırılmış Hind Su Müqaviləsidən (Indus Water Treaty, IWT) birdəfəlik imtinadır.

“Report” xəbər verir ki, bu barədə “Dawn” nəşrindəki məqaləsində biznes müxbiri Xürrəm Hüseyn yazıb.

Onun sözlərinə görə, Hindistanın müqavilədən birtərəfli və qeyri-qanuni çıxmasının uzunmüddətli nəticələri Pakistan üçün ciddi fəsadlar yaradacaq. “Hindistanın müqavilədən çıxması çay suyunu qeyri-qanuni olaraq öz mülkiyyəti elan etməyə bərabərdir”, - o qeyd edib.

Hüseynin sözlərinə görə, sazişdən çıxmaq Hindistanın çoxdankı arzusudur. Onlar bu böhrandan diqqətyayındıran manevr kimi istifadə edərək əsas addımı atıb. 

Hindistan sazişdən çıxmaq istədiyini ilk dəfə 2016-cı ildə, Uri hücumundan sonra Baş nazir Narendra Modinin “qan və suyun birlikdə axması mümkün deyil” deməsi ilə vurğulamışdı. 

“Bu bəyanat sanki sınaq şarı idi və sonradan məlum oldu ki, Hindistanın sazişlə Pakistana verilən Hind çayı və digər iki qərb çayının sularına iddia etmək üçün atdığı addımlardan birincisi idi”, - müəllif bildirib.

İkinci addım 2019-cu ildə Pulvama hücumuna cavab olaraq atılıb. O zaman Hindistanın işğalı altında olan Kəşmir həmin ilin avqustunda, Hindistan konstitusiyasının 370-ci maddəsi faktiki olaraq heçə sayılmaqla, Hindistan federasiyasına daxil edilib. Bunun ardınca 2019-cu ildə Cammu və Kəşmirin Yenidən Təşkili Aktı qəbul edilib.

Hüseynin sözlərinə görə, Hindistan çoxdan IWT-dən çıxmaq üçün zəmin hazırlayır. Kəşmirdə torpaqların alınması qanunlarının dəyişdirilməsi və ya ləğv edilməsi, 2019-cu ildə edilən dəyişikliklərdən sonra dəmir yolları, nəqliyyat, müdafiə, mülki aviasiya və güc nazirliklərinin orada torpaq alması ilə mübahisəli ərazidə layihə investisiyalarının artmasına səbəb olub. 

2023-cü ilin yanvarında Pakistanın “Ratle” layihəsinə qarşı davam edən müxalifliyi və “Kişenqanqa” layihəsi ilə bağlı davam edən mübahisə fonunda Hindistan Pakistana bildiriş göndərərək sazişi əhatə edən genişmiqyaslı şəraitdə fundamental dəyişikliyə istinad edib və bunun artıq mövcud reallığı əks etdirmədiyini bəyan edib. 2024-cü ilin avqustunda onlar eyni arqumenti təkrarlayıb. 

“Pakistan indi Hindistanı IWT öhdəliklərinə qayıtmağa məcbur etmək kimi çətin vəzifə ilə üz-üzədir”, - müəllif qeyd edir.

“Bu dəfə Hindistanın bu qarşıdurma adı altında etdiklərinin əsl çəkisini və əhəmiyyətini dərk etmək üçün uzun illər gözləyə bilmərik. 2019-cu ildə Hindistan mübahisəli Cammu və Kəşmir ərazisini ələ keçirdi və qeyri-qanuni olaraq onu öz ərazisi elan etdi. İndi isə onlar hüquqi cəhətdən Pakistana aid olan Hind çayı sisteminin suları ilə də eyni şeyi edib”, - Hüseyn yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri