Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Hindistan səfiri Azərbaycanın regionlarına səfər edib

Hindistan səfiri Azərbaycanın regionlarına səfər edib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Şamaxı, Şəki və Qəbələdə yerləşən mühüm mədəni, tarixi və elmi müəssisələrə səfər edib. Bu səfərlər Hindistan və Azərbaycan arasında mövcud olan güclü mədəni bağlılığı və xalqlar arasında getdikcə inkişaf edən əlaqələri bir daha nümayiş etdirib.

Bu barədə 525.az-a səfirlikdən daxil olan məlumatda deyilir. 

Səfir Qobustan rayonunda yerləşəntarixi və memarlıq abidəsi olan Diri Baba türbəsini ziyarət edib. Burada o, türbənin direktoru Yusif Nazim Ərəbsoy ilə görüşərək abidənin mədəni və mənəvi əhəmiyyəti barədə məlumat alıb. Səfər həm Hindistan, həm də Azərbaycanda tarixi abidələrə və mənəvi irsə göstərilən ortaq ehtiramı vurğulayıb.

Həmçinin Şəki Tarix-Diyarşünaslıq Muzeyini və Mirzə Fətəli Axundovun Ev-Muzeyini ziyarət edib. Bu müəssisələrdə səfir müvafiq olaraq direktorlar Vüqar Mustafayev və Ulduz Xəlilova ilə görüşüb, Azərbaycanın zəngin tarixi, ədəbi və etnoqrafik irsi, eləcə də görkəmli milli şəxsiyyətlərin irsi barədə ətraflı məlumat əldə edib. Bu görüşlər hər iki ölkədə ədəbiyyata, təhsilə və tarixi yaddaşın qorunmasına verilən önəmi əks etdirib.

Səfir daha sonra "ABAD" Keramika və Tətbiqi Sənəti Mərkəzini, eləcə də Şəki Şəbəkə Emalatxanasını ziyarət edib. Burada o, yerli sənətkarlarla görüşərək keramika, xalçaçılıq və şəbəkə sənəti kimi ənənəvi sənət növləri ilə tanış olub. Görüşlər zamanı Hindistan və Azərbaycan sənətkarları arasında əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub. Bu sahədə Hindistanın zəngin əl sənətləri ənənələri ilə Azərbaycanın sənətkarlıq irsi arasında güclü oxşarlıqların olduğu qeyd edilib.

Səfər çərçivəsində YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və Qafqaz regionunda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri hesab olunan Şəki Xan Sarayı da ziyarət edilib. Səfirə sarayın tarixi və memarlıq xüsusiyyətləri, xüsusilə rəngarəng şəbəkə pəncərələri və zəngin bəzədilmiş fasadları haqqında məlumat verilib.

A.Kumar, həmçinin Şəki Dövlət Rəsm Qalereyasını ziyarət edərək qalereyanın direktor müavini Sevda Məmmədova ilə görüşüb. 1895-ci ildə tikilmiş tarixi binada yerləşən və 1982-ci ildən fəaliyyət göstərən qalereya Azərbaycan təsviri incəsənət irsini qoruyan dövlət mühafizəsində olan memarlıq abidəsidir. Səfir burada nümayiş olunan rəsm əsərləri, heykəllər, qrafik işlər, dekorativ-tətbiqi sənət nümunələri, tematik sərgi zalları və bərpa işləri ilə tanış olub. Bu səfər Hindistan və Azərbaycan incəsənəti arasında ortaq estetik baxışların və mədəni anlaşmanın gücləndiyini göstərib.

Qəbələdə isə səfir Abhay Kumar Qəbələ Arxeoloji Mərkəzini, Dövlət Tarix-Bədii Qoruğunu və qədim Kabalaka şəhər yerini ziyarət edib. O, direktor ilə görüşərək Qəbələnin 2500 illik tarixi, Qafqaz Albaniyasının paytaxtı kimi rolu və davam edən arxeoloji tədqiqatlar barədə məlumat alıb. Bu səfər Hindistan və Azərbaycanın qədim sivilizasiyaların qorunmasına və elmi-arxeoloji əməkdaşlığın inkişafına verdiyi ortaq əhəmiyyəti vurğulayıb.

Səfərlər zamanı Hindistan və Azərbaycan xalqları arasında mövcud olan güclü insani əlaqələr də xüsusi diqqət çəkib. Azərbaycanda müxtəlif nəsillər Hindistan filmlərinə baxaraq böyüyüb və bu gün də hind kinosu, musiqisi və rəqslərinə böyük maraq göstərirlər. Yerli sakinlər məşhur hind kino ulduzları Rac Kapur, Hema Malini, Amitabh Baççan və Şahrux Xan haqqında böyük sevgi ilə danışıb. Bir sıra məkanlarda hind mahnıları səsləndirilib və hind rəqsləri nümayiş etdirilib ki, bu da Hindistan mədəniyyətinin Azərbaycandakı davamlı populyarlığını və iki xalq arasındakı emosional bağlılığı nümayiş etdirib. 

Səfir, həmçinin qeyd edib ki, Azərbaycanda gündəlik istifadə olunan bir çox söz hindistanlılar üçün də tanış səslənir və bu, xalqlar arasında dərin tarixi və mədəni əlaqələrin göstəricisidir. Bu görüş və səfərlər mədəni irsin qorunması, turizmin inkişafı, elmi əməkdaşlıq və sənətkarlar arasında mübadilənin Hindistan və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsində mühüm rol oynadığını bir daha nümayiş etdirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri