Hindistan və Pakistan gərginliyi böyüyür: 60 illik razılaşma pozuldu
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Hindistan hökuməti Pakistan istiqamətində axan İnd çayının qarşısını tamamilə kəsib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Bu addım 1960-cı ildə imzalanan İnd çayı üzrə su bölgüsü razılaşmasından sonra ilk belə hal kimi tarixə düşüb. Sözügedən razılaşma siyasi gərginliklərə baxmayaraq, hər iki ölkəyə çayın ehtiyatlarından istifadə imkanı verirdi.
Pakistan tərəfi əvvəllər dəfələrlə xəbərdarlıq edərək bildirmişdi ki, İnd çayının qarşısının alınması müharibə aktı kimi qiymətləndiriləcək.
Qeyd edək ki, çayın qarşısının alınması Pəncab və Sinddə kənd təsərrüfatına ciddi zərbə vurmaqla yanaşı hidroenerji azaldığı üçün bir sıra bölgələrdə elektrik təchizatında da fasilələrə səbəb ola bilər.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Aprel 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















