Hindistanda “Boeing” qəzasının təhqiqatı pilotun səhvini üzə çıxarıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Amerikalı mütəxəssislər tərəfindən aparılan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat hələlik avadanlıqlarda hər hansı problem aşkarlamayıb, əksinə, pilot xətasını göstərir.
"Report"un xəbərinə görə, bu barədə "Wall Street Journal" ABŞ-dəki rəsmi mənbələrə istinadən yazıb.
Bundan əvvəl “Economic Times” araşdırma ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, Hindistan qəzaya uğramış təyyarədən iki registratoru deşifrə və analiz üçün ABŞ-yə göndərəcək. İstintaqda ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası da iştirak edir.
"Tədqiqatın ilkin nəticələri göstərir ki, təyyarənin iki mühərrikinə yanacaq tədarükünü idarə edən açarlar söndürülüb və bu, havaya qalxdıqdan qısa müddət sonra dartma itkisinə səbəb olub", - mənbələr “Wall Street Journal”a bildiriblər.
Açarlar pilotlar tərəfindən mühərrikləri işə salmaq və dayandırmaq üçün istifadə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 İyul 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















