Hindistanda Boeing təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Bu ilin iyununda "Air India" təyyarəsinin qəzaya uğramasına göyərtədəki tualetlərin su təchizatındakı nasazlıq səbəbindən yaranan elektrik problemləri səbəb olmuş ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri həlak olanların ailələrinin maraqlarını təmsil edən vəkil Mayk Endryusa istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, qəzaya pilotun səhvinin səbəb olması barədə kifayət qədər dəlil yoxdur. O qeyd edib ki, tualetlərdə içməli su təchizatı sistemindəki nasazlıq elektrik naqillərində qısaqapanmaya və mühərriklərin dayanmasına səbəb ola bilərdi. ABŞ Mülki Aviasiya Federal Administrasiyası isə həmin problem barədə iyunun 12-də baş verən qəzadan bir ay əvvəl xəbərdarlıq edib.
Vəkil həmçinin qəzaya səbəb ola biləcək bir sıra texniki və mühəndislik problemləri barədə məlumatının olduğunu da iddia edib.
Xatırladaq ki, Əhmədabad-London marşrutu üzrə "AI171" reysini yerinə yetirən "Air India" aviaşirkətinə məxsus avialayner iyunun 12-də Hindistanın Qucarat ştatında, hava limanı yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə iki pilot və 10 bort bələdçisi də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız bir sərnişin sağ çıxıb. Təyyarə Əhmədabaddakı tibb kollecinin yataqxanasının üzərinə düşüb və bu da əlavə insan itkilərinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Avqust 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















