Icma.az
close
up
RU
Hindistanda kasta sistemi niyə hələ də mövcuddur? Yaranması və mənası

Hindistanda kasta sistemi niyə hələ də mövcuddur? Yaranması və mənası

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir çoxları bilir ki, Hindistanda hər bir insanın dəyişdirilməsi mümkün olmayan müəyyən sosial yeri var – bu, minilliklərdir mövcud olan kasta sistemi ilə bağlıdır. Bu sistemin necə yarandığını və niyə indiyədək qalmaqda davam etdiyini anlamaq üçün onun dini və tarixi köklərinə baxmaq lazımdır.

Qaynarinfo bu barədə materialı təqdim edir:


Hindistanda kastaların yaranması – nə vaxt və nə üçün?

Cəmiyyətin təbəqələrə bölünməsi Hindistanda çox qədimdir – bəzi mənbələrə görə, eramızdan əvvəl II əsrə qədər gedib çıxır. Onun əsasında hinduizm təlimləri dayanır. Hindu inanclarına görə, bütün insanlar baş tanrı Brahmanın bədəninin müxtəlif hissələrindən yaranıblar. Hər bir sosial təbəqə – "varna” – bu bədən hissələrindən birini təmsil edir.

Brahmanlar

Brahmanlar baş tanrının başı və ağız hissəsindən yaranıblar. Ən ali varna sayılırlar, qədimdə yalnız rahiblər və müdriklər bu təbəqəyə daxil idi. Müasir dövrdə müəllimlər, həkimlər və dini xadimlər də brahmanlara aid edilirlər. Onlara fiziki iş görmək, aşağı varnadan biri ilə evlənmək və ya onlardan yemək qəbul etmək qadağandır.

Kşatriyalar

Brahmanın qolları və gövdəsi ilə əlaqələndirilir. Qədim Hindistanda bunlar döyüşçülər və hökmdarlar idi, bu gün isə torpaq sahibləri və şirkət rəhbərləridir. Kşatriya qadın yalnız öz varnalarından biri ilə evlənə bilər, amma kişi daha aşağı varnadan qadınla evlənə bilər. Onlar Hindistanın aristokratiyası sayılır.

Vayşyalar

Brahmanın ombasından yaranıblar və ali varnalar sırasına daxildirlər. Tarixən tacirlik, əkinçilik və heyvandarlıqla məşğul olublar. Bu gün vayşyalar əsasən ticarətlə məşğuldur. Ənənəyə görə, onlar gəlirlərinin yarısını məbədlərə ianə etməli və yalnız halal qazanc əldə etməlidirlər. Hindistan əhalisinin böyük hissəsini məhz bu kasta təşkil edir.

Şudralar

Brahmanın ayaqlarından yaranıblar və ən aşağı varnadırlar. Sənətkarlar, çobanlar, musiqiçilər, dulusçu və xidmətçilər bu təbəqəyə daxildir. Qədimdə onlara dini mərasimlərdə iştirak etmək və dövlət vəzifəsi tutmaq qadağan idi. Müasir Hindistanda bir çox qadağalar aradan qaldırılıb, lakin çoxu hələ də yoxsulluq içində yaşayır.

Hinduizmə görə, Brahma insanların varnalarını onların əvvəlki həyatdakı günah və savablarına əsasən müəyyən edib. Günahı çox olan daha aşağı varnada doğulur. Bu həyatda varnaları dəyişmək mümkün deyil, lakin insan saleh həyat sürərsə, növbəti reinkarnasiyada daha yüksək varnada doğula bilər.

Zamanla varnalar daxilində peşə və mənşəyə görə yeni qruplar yaranmağa başladı – bunlara "jati”, yəni kastalar deyilir. XIX əsrdə ingilislər Hindistanı işğal etdikdə bu sistem daha da möhkəmləndi. İngilislər kastalar haqqında məlumat toplayır, amma onların incəliklərinə varmırdılar. Beləcə, ali kastalar hakimiyyətə yaxınlaşdı, aşağı kastalar isə xidmətçi təbəqəsinə çevrildi.

Əslində, Britaniya dövrünə qədər varnalar arasında keçid bəzən mümkün idi. Məsələn, müəllim və ya həkim eyni zamanda əkinçiliklə məşğul ola bilərdi, tacir isə hərbi və ya dövlət xidmətinə keçərək kşatriya səviyyəsinə yüksələ bilərdi. İngilislər bu çevikliyi aradan qaldıraraq cəmiyyəti sərt sosial pillələrə ayırdılar.


Hindistanda toxunulmazlar kastasının yaranması

Ən aşağı təbəqə – "toxunulmazlar” (sonradan "dalitlər”) – çox qədimdə, arilər Hindistana gələndə formalaşıb. Ari toplumuna daxil olmayan yerli tayfalar cəmiyyətin kənarına atılmışdı. Onlara məbədlərə girmək, dini ayinlərdə iştirak etmək qadağan idi. Onlar ən ağır və çirkli işləri görürdülər – zibil toplamaq, meyit daşımaq, dəri soymaq, çirk təmizləmək, tikinti və ət kəsməklə məşğul olmaq. Onlar şəhərlərin kənarında, ayrı yaşayış məhəllələrində məskunlaşdırılmışdılar. Onlara ali varnadan insanlara toxunmaq, onlara müraciət etmək, hətta kölgələrinin üstünə çıxmaq belə yasaqlanmışdı.

Mahatma Qandi bu ədalətsizliyə qarşı ilk çıxanlardan idi. O, toxunulmazları "xariclər” deyil, "Haricana” – "Tanrının insanları” adlandırdı. 1930–40-cı illərdə onların hüquqları uğrunda Bhimrao Ramci Ambedkar mübarizə apardı və "dalit” (yəni "əzilənlər”) termini rəsmiləşdi. Bu gün diskriminasiya qanunla cəzalandırılsa da, dalitlərə qarşı zorakılıq və ayrı-seçkilik Hindistanın bəzi bölgələrində hələ də davam edir.


Niyə Hindistanda kasta sistemi hələ də mövcuddur?

Avropalı üçün bu sistemin XXI əsrdə niyə qalmasını anlamaq çətindir. Amma hinduizm üçün bu, təkcə sosial deyil, həm də dərin dini məsələdir. Kasta sistemi insanların mənəvi intizamını və cəmiyyətin sabitliyini qoruyan mexanizm kimi dəyərləndirilir. İnsan doğulduğu kastada öz yerini bilir, bu isə sosial xaosu azaldır.

Bundan əlavə, ingilis müstəmləkəçiliyi kasta şüurunu daha da möhkəmləndirdi, çünki idarəetmə və resurs bölgüsü kasta prinsipinə əsaslanırdı. Müasir Hindistanda bəzi kastalar dövlətin sosial güzəştlərindən yararlana bilsə də, toxunulmazlar və aşağı təbəqələr hələ də sosial ayrı-seçkiliklə üzləşirlər.

Beləcə, kasta sistemi sadəcə dini ənənə deyil – o, minillərlə formalaşmış sosial mexanizmdir və tamamilə aradan qaldırılması üçün həm dini, həm mədəni, həm də iqtisadi səviyyədə dərin dəyişikliklər tələb olunur.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri