Icma.az
close
up
RU
Hindistanda Nipah virusu yayılır: Həkimlər turistlərə xəbərdarlıq edir

Hindistanda Nipah virusu yayılır: Həkimlər turistlərə xəbərdarlıq edir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 13-də Hindistanın Kalkutta şəhərində iki tibb işçisində Nipah virusuna yoluxma faktı təsdiqlənib. Bununla əlaqədar olaraq, Böyük Britaniyanın tibbi qurumları Hindistanda "ciddi yoluxucu xəstəlik” yayılması barədə səyahətçiləri xəbərdar edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, əsasən meyvə yarasa­ları tərəfindən yayılan bu zoonoz virus insanlara həmin məməlilərlə birbaşa təmas zamanı və ya yoluxmuş qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu bəzi hallarda simptomsuz keçə bilər, lakin ölüm faizi 40–75 faiz arasında dəyişir.

Nəşr yazır ki, Hindistandakı bu epidemiya Asiya üzrə səyahətlərlə bağlı ümumi narahatlığa səbəb olub. Tailand və Pakistan kimi ölkələrdə regiondan gələn reysləri qəbul edən hava limanlarında COVID üzrə yeni yoxlama tədbirləri tətbiq edilib.

Buna görə də, nəşr turistlərin səyahət zamanı Nipah virusundan qorunması üçün bilməli olduqları əsas məqamları toplayıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (FCDO) virusun yayılmasından sonra Hindistana səyahətlə bağlı xüsusi tövsiyələri hələlik yeniləməyib.

Ümumilikdə, səyahətçilərə Hindistan–Pakistan sərhədinə, eləcə də Cammu və Kəşmir ərazilərinə 10 kilometrdən artıq yaxınlaşmamaq tövsiyə olunur.

Məqalədə vurğulanır ki, Nipah virusunun insanlarda yayılması əsasən Cənubi və Cənub-Şərqi Asiyanın kənd ərazilərində qeydə alınır.

Qeyd olunur ki, bu, 2001-ci ildə ilk yoluxma hallarının qeydə alınmasından bəri Hindistanda doqquzuncu Nipah virusu yayılmasıdır. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına əsasən, Qərbi Benqaldakı mövcud yayılma ilə yanaşı, 2019-cu ildən etibarən Keralada hər il oxşar hallar müşahidə olunur.

Bundan əlavə, 2001-ci ildən bəri Banqladeşdə də demək olar ki, hər il Nipah virusu yayılması qeydə alınır. Malayziya, Filippin və Sinqapur kimi ölkələrdə də əvvəllər bu virusa yoluxma halları olub. Nəşrin məlumatına görə, bəzi insanlarda infeksiya 4–21 günlük inkubasiya dövrü ilə simptomsuz keçə bilər.

Xəstəliyin ən çox rast gəlinən əlamətləri yüksək hərarət, baş ağrısı, şüurun qarışması, nəfəs darlığı və öskürəkdir. ÜST-nin bildirdiyinə görə, tez-tez üşütmə, yuxululuq, başgicəllənmə, qusma və ishal da müşahidə olunur.

"Müalicənin ağır hallarında xəstələrdə ensefalit və meningit kimi beyin iltihabı inkişaf edə bilər", deyə məqalədə bildirilir.

Nəşr qeyd edir ki, hazırda Nipah virusunun qarşısının alınması və ya müalicəsi üçün təsdiqlənmiş vaksin və ya dərman mövcud deyil.

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yanvarın 27-də təsdiqləyib ki, Qərbi Benqalda iki yoluxma halı ilə təmasda olmuş 196 nəfərin hamısının test nəticələri mənfi çıxıb.

Bununla belə, Hindistana səfər edən və ya ölkədən uçan turistlər üçün bəzi beynəlxalq hava limanlarında skrininq tədbirləri tətbiq olunub. Bu həftə Tailand, Nepal və Tayvan tibbi nəzarəti və turistlərin yoxlanmasını gücləndirib.

UKHSA-nın məlumatına görə, gigiyena qaydalarına əməl edildiyi halda, endemik ölkələrə səfər edən turistlər üçün Nipah virusuna yoluxma riski çox aşağıdır.

Nəşr əlavə edir ki, meyvələrin yaxşı yuyulması və ya qabığının soyulması yoluxma riskini azalda bilər. Xüsusilə meyvəyarasaların yaşadığı ərazilərə yaxın donuz fermalarında yoluxmuş heyvanlarla təmas yalnız qoruyucu geyimdə olmalıdır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri