Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanda tələbə tıxaclardan yayınmaq və imtahana vaxtında çatmaq üçün universitetə paraşütlə ilə gedib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Indian Express" nəşri məlumat verib.
Məlumata görə, Hindistanın Maharaştra ştatının Pasarani kəndindən olan Samart Mahanqade adlı tələbə imtahana gecikməmək üçün paraşütdə uçub.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə gündəm olub.
Tələbənin sözlərinə görə, imtahanın başlamasına cəmi 15-20 dəqiqə qalıbmış və o, universitetdən uzaqda imiş. Samart başa düşüb ki, tıxac səbəbindən universitetə vaxtında çata bilməyəcək və bu qeyri-adi nəqliyyat növündən istifadə etmək qərarına gəlib.
Ekstremal idman növləri üzrə mütəxəssis Qovind Yevale Samart üçün uçuş təşkil edib. Bütün lazımi avadanlıqlarla təchiz edilmiş tələbə üzərində kollec çantası ilə birlikdə səmaya qalxıb və təhsil binasının yaxınlığında sağ-salamat yerə enib, imtahana da vaxtında çatıb.
Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 18 Fevral 2025 05:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















