Icma.az
close
up
RU
Məktəb çantası seçimi: Uşağın sağlamlığı üçün nələrə diqqət edilməlidir?

Məktəb çantası seçimi: Uşağın sağlamlığı üçün nələrə diqqət edilməlidir?

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlaması ilə valideynlərin diqqət etməli olduğu məsələlərdən biri də məktəb çantasının düzgün seçilməsi və hazırlanmasıdır. Çanta yalnız kitab-dəftər daşımaq üçün deyil, uşağın gündəlik fiziki rahatlığı və düzgün duruşunun qorunması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin üzvü, fiziki tərbiyə müəllimi Leyla Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, uşağın çantasnını mümkün qədər yüngül olması vacibdir. Ümumi tövsiyə olaraq çantanın çəkisinin uşağın bədən çəkisinin təxminən 10 faizini keçməməsi məqsədəuyğundur. Məsələn, 30 kiloqram çəkisi olan uşağın çantası təxminən 3 kiloqramdan ağır olmamalıdır. Çantada yalnız həmin gün üçün lazım olan kitab, dəftər və digər ləvazimatlar olmalıdır. Uşaqlar bəzən əvvəlki günlərdən qalan kitabları, oyuncaqları, artıq dəftərləri, böyük su qablarını və digər əşyaları da daşıyırlar. Hər axşam dərs cədvəlinə uyğun olaraq çantanı yenidən hazırlamaqla artıq yükü azaltmaq mümkündür. Planşet və digər elektron cihazlar da yalnız lazım olduqda çantaya qoyulmalıdır. Çantanın necə daşınması da onun çəkisi qədər vacibdir. İki çiyin qayışından istifadə edilməli, qayışlar çox boş olmamalı, ağır əşyalar isə bel hissəsinə yaxın yerləşdirilməlidir. Çantanı daim bir çiyində daşımaq düzgün deyil.

“Ağır və düzgün daşınmayan çanta boyun, çiyin və bel nahiyəsində əzələ gərginliyinə və ağrıya, həmçinin düzgün olmayan bədən duruşuna səbəb ola bilər. Ağır çanta təkbaşına skolioza səbəb olmur, lakin mövcud onurğa problemləri zamanı narahatlığı artıra bilər. Uşaqda çiyin və kürək asimmetriyası, davamlı bel ağrısı və ya nəzərəçarpan duruş pozuntusu müşahidə olunarsa, həkim müayinəsindən keçmək tövsiyə edilir. Evdə də uşağın dərs çalışdığı yer düzgün təşkil olunmalıdır. Stol və stul uşağın boyuna uyğun seçilməli, ayaqları yerə rahat dayanmalı, işıqlandırma kifayət qədər olmalıdır. Həmçinin uzun müddət eyni vəziyyətdə oturmağın qarşısını almaq üçün fasilələrlə hərəkət etmək vacibdir. Sağlam məktəb həyatı yalnız dərslərlə deyil, düzgün çanta, düzgün duruş və kifayət qədər hərəkətlə başlayır”, - deyə L.Məmmədova əlavə edib.

Müxbir - Xatirə Cəfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri