Icma.az
close
up
RU
Hindistanda zikh icmasına qarşı zorakılıq hadisələri ilə bağlı hesabat

Hindistanda zikh icmasına qarşı zorakılıq hadisələri ilə bağlı hesabat

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi ilə bağlı hesabat hazırlanıb.

Globalinfo.az Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, “Kimdir günahkarlar?” adlı hesabat 1984-cü il noyabr ayında Hindistanın iki nüfuzlu insan haqları təşkilatı – Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People’s Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People’s Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.

Sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb. Hesabatın əsas məqsədi 31 oktyabr 1984-cü ildə paytaxt Dehli və ətraf ərazilərində Zikh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir. Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtaran və sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində yerləşən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, baş verən zorakılıqların rəsmi açıqlamalardan fərqli olaraq, hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılmış və təşkil olunduğunu sübut etsinlər.

Zorakılıq aktlarının pik həddi 1984-cü il 1–3 noyabr tarixləri arasında qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu qeyd edir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi qeydə alınıb. Zorakılığın daha genişmiqyaslı sosial və iqtisadi nəticələri də dərin olub. Rəsmi məlumatlara görə yardım düşərgələrində 20 000 nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 000-dən artıq şəxs evsiz qalmış və köçkün vəziyyətinə düşüb. Minlərlə ailə başsız qalıb, yüzlərlə uşaq yetim qalıb, çoxsaylı şəxslər ağır bədən xəsarətləri alıb. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıb, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirib, evlərinə qayıtmaqdan imtina etmiş və dərin ruhi çətinliklərlə üzləşib.

Hesabata əsasən, 20–50 yaş arası gənc Zikh kişiləri evlərdən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetirilib. Eyni zamanda, geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib ki, bunlardan 14–50 yaş arası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.

Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, Zikhlərə qarşı törədillmiş qanlı hadisələrə görə Yüksək ranklı məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.

Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” (organized carnage) kimi xarakterizə olunub və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.

Qeyd edək ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən zikh icmalarının nümayəndələri Hindistan hökumətindən adıçəkilən təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb ediblər.

https://www.facebook.com/share/p/1C9P89LK63/

https://x.com/bakuinitiative/status/2018210074615758864

https://www.linkedin.com/feed/update/urn:li:activity:7423975838313766912

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri