Icma.az
close
up
RU
Hindistanda siqhlərə qarşı cinayətlər...

Hindistanda siqhlərə qarşı cinayətlər...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu cinayətlərlə bağlı “Who Are the Guilty?” adlı hesabat hazırlanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir. Bu yöndə Fransanın, Belçikanın və digər dövlətlərin neokolonializm siyasətini ifşa etmək üçün tədbirlər reallaşdırılır.

Xatırladaq ki, yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun  təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib. Konfransdan əvvəl 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı”nda həlak olan siqhlərin xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Tədbirdə BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin siqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlər, eləcə də digər etnik azlıqların üzləşdiyi sistemli ayrı-seçkiliyə həsr edilmiş qısametrajlı film iştirakçılara təqdim edilib.

Dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistan hökumətinin repressiv siyasəti nəticəsində doğma vətənlərini tərk edərək, hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə məskunlaşmış siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində terror aktları, eləcə də Hindistanda təzyiq və məhdudiyyətlərlə üzləşən siqh icmasının əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri müzakirə olunub. Hindistanın zorakılıq, hədə-qorxu siyasətinin yaratdığı regional və beynəlxalq təhlükəsizlik riskləri və bu hallara qarşı beynəlxalq hüquq mexanizmlərindən istifadə imkanları qeyd edilib.

Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri də müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunmasına çağırış edilib. BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları da müzakirə mövzusu olub. Eləcə də, zorakılıqda iştirak edən siyasətçilərin, polis məmurlarının məsuliyyətə cəlb olunması, sağ qalanlara ədalət və təzminatın təmin edilməsi, şahidlərin qorunması və güclü antizorakılıq qanunlarının qəbulu tələb edilib.

Tədbirin sonunda Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Siqh Federasiyası Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq və ayrı-seçkiliyə qarşı qlobal səviyyədə fəaliyyətə çağırış edib.

Yeri gəlmişkən, bugünlərdə  “Who Are the Guilty?” adlı hesabat da yayılıb. Bu hesabat  Hindistanın iki nüfuzlu insan haqları təşkilatı - Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People’s Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People’s Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.

Bakı Təşəbbüs Qrupundan bildirilib ki, sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb. Hesabatın əsas məqsədi 1984-cü il oktyabrın 31-də paytaxt Dehli və ətraf ərazilərində siqh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.

Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtarıb sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində işləyən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, rəsmi açıqlamalardan fərqli olaraq, baş verən zorakılıqların hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırıldığı və təşkil olunduğu sübuta yetirilsin.

Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu bildirir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi baş verib. Zorakılığın sosial və iqtisadi nəticələri də genişmiqyaslı olub. Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 min nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 mindən çox şəxs evsiz qalıb və köçkün vəziyyətinə düşüb. Minlərlə insan öldürülüb, çoxsaylı şəxslər isə ağır bədən xəsarətləri alıblar. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıb, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirib, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşiblər.

Hesabata əsasən, 20-50 yaşarası gənc siqh kişiləri evlərindən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetiriliblər. Eyni zamanda, geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib ki, bunlardan 14-50 yaşarası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.

Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, siqhlərə qarşı törədilmiş qanlı hadisələrə görə məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.

Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” (organized carnage) kimi xarakterizə olunub və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see528

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see290

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see287

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see277

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see274

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see268

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see256

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see255

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see250

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see248

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see247

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see239

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see234

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see232

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see232

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see230

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see211

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see210

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see205

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri