Icma.az
close
up
RU
Hindistandan Türkiyəyə boykot dalğası

Hindistandan Türkiyəyə boykot dalğası

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Son zamanlar Pakistanla qarşıdurma yaşayan Hindistanda Türkiyə məhsulları və şirkətlərinə qarşı “Əvvəlcə Millət” adlı boykot kampaniyasına start verilib.

Hindistan 6 mayda, Pahalgam bölgəsində 26 nəfərin öldüyü terror hücumunu əsas gətirərək, Pakistan ərazilərinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirmişdi. Bunun nəticəsində tərəflər arasında qısamüddətli toqquşmalar baş vermiş, 10 mayda ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan olunmuşdu.

Turizm və İHA iddiaları fonunda boykot
İndi isə Hindistanda diqqət Türkiyəyə yönəlib. Türkiyə mallarına və şirkətlərinə qarşı boykot çağırışları yayılmağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, Euronews Türkçe-nin yazdığına görə, boykot hərəkatı əvvəlcə Türkiyəyə turistik səfərlərin ləğvi ilə başlayıb.

Bu çağırışa səbəb kimi, Pakistanın Hindistana qarşı Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından (İHA) istifadə etdiyinə dair iddialar və Hindistan hökumətinin Türk şirkətləri və universitetləri ilə əlaqələrini kəsməsi göstərilir.

Çelebi şirkətinin lisenziyası ləğv edildi
Hindistan hökuməti, Delhi, Mumbai və Bengaluru da daxil olmaqla doqquz hava limanında fəaliyyət göstərən Türkiyə mənşəli Çelebi aviasiya şirkətinin təhlükəsizlik lisenziyasını ləğv edib. Şirkət Hindistandakı fəaliyyətini dayandırdığını və hüquqi yollara başvuracağını açıqlayıb.

Daha sonra bir neçə Hind universiteti də Türkiyədəki akademik qurumlarla əməkdaşlığı dayandırıb.

Dəbdəbəli hind toyu planları ləğv olunur
News18 kanalı xəbər verir ki, Türkiyəyə olan 2000 rezervasiya ləğv edilib və 2025-ci ildə planlaşdırılan 50 Hind toyundan 30-u risk altındadır.

Hər bir Hind toyunun təxminən 3 milyon dollar dəyərində olduğu bildirilir. Bu səbəbdən, Türkiyənin bu ləğvlərdən dolayı 90 milyon dollara yaxın itki verə biləcəyi vurğulanır.

Kestone Utsav adlı Hind toy planlaşdırma şirkətinin nümayəndəsi Financial Express-ə bildirib:

“Hind toyu bazarı Türkiyənin turizm gəlirinə illik 140 milyon dollardan çox töhfə verir. Bu dəyişikliyin təsiri sarsıdıcı olacaq.”
Səyahət və ticarətə də zərbə
Səyahət platforması MakeMyTrip-dən bir nümayəndə BBC-yə deyib:

“Hind turistlər son bir həftədə ciddi etirazlarını bildirib. Azərbaycan və Türkiyəyə rezervasiyalar 60% azalıb, iptallar isə 250% artıb.”
Ticarət əlaqələri və boykot çağırışları
Hindistanda Türkiyədən alma və mərmər idxalına da boykot çağırışları edilir.

Türkiyə, Hindistanın mərmər idxalının 70%-ni təmin edir. Ölkədə 125 mərmər şirkətini təmsil edən Udaipur Mərmər Emalçıları Assosiasiyası dərhal bu idxalın dayandırılmasını tələb edib.

Bundan əlavə, Türkiyə Hindistanın ən böyük alma tədarükçülərindən biridir. OEC-nin məlumatına görə, Hindistan 2023-cü ildə Türkiyədən 92.8 milyon dollarlıq alma idxal edib.

Business Standard-ın xəbərinə görə, 2024-2025-ci ilin aprel-fevral dövründə Hindistanın Türkiyəyə ixracı 5.2 milyard dollar, Türkiyədən idxalı isə 2.84 milyard dollar olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri