Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Azərbaycan Rusiya gərginliyi: BAKININ CƏSARƏTLİ MÖVQEYİ EKSPERT ŞƏRHİ

Azərbaycan Rusiya gərginliyi: BAKININ CƏSARƏTLİ MÖVQEYİ EKSPERT ŞƏRHİ

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanla Rusiya arasında başlanan gərginlik hələ də davam edir.
Bu prosesə diqqət edərkən rəsmi Bakının adekvat mövqeyi açıq görünür. Halbuki, əvvəlki illərdə bunun şahidi olmurduq.
Bəs görəsən, rəsmi Bakının bu cəsarəti nədən qaynaqlanır? Onu da nəzərə alaq ki, Avropa ilə də münasibətlərimiz insan haqlarının durumuna görə pisdir.
Bəs, Azərbaycan bu prinsipial mövqeyində nəyə arxayındır?

Siyasi şərhçi Rauf Mirqədirov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Mən də düşünmürəm ki, bu gün Azərbaycan ilk nəzərdən belə görünsə də, həddindən artıq böyük bir cəsarət nümayiş elətdirir. Əslində bu addımlar müəyyən bir gerçəkliyi əks etdirir. Bu gerçəklik nədən ibarətdir? Bu gerçəkliyin bir neçə tərəfi var. Birinci tərəf ondan ibarətdir ki, Azərbaycanın Rusiyadan asılılığı azalıb. Azərbaycanın Rusiyadan asılılığın azalmasının yalnız Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirmək düzgün olmazdı. Bu sözsüz ki, ən vacib amildir. Qarabağ münaqişəsi həll olub. Azərbaycan öz ərazilərindən Rusiya qoşunlarının çıxarılmasına nail olub. Lakin yeganə amil deyil.
Bildiyiniz kimi, hətta Rusiya qoşunları Azərbaycan ərazisindən çıxarıldıqdan sonra belə Azərbaycan Rusiya ilə yaxşı münasibətlər saxlayırdı. Rusiya ilə iqtisadi münasibətləri genişləndirirdi və s. Bu ilin əvvəlindən başlayaraq bu münasibətlərdə soyuqluğun ilk işartılarını gördük. Bu işartılar, ümumiyyətlə beynəlxalq aləmdə geosiyasi mənzərənin güc nisbətinin dəyişməsi ilə bağlıdır. Bildiyiniz kimi, ümumumiyyətlə Qarabağ münaqişəsi ilə bağlı biz Rusiyanın mövqeyinin şahidi olduq. Bu mövqe ondan ibarət idi ki, Rusiya açıq şəkildə bəyan edirdi ki, onlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması faktından narazıdırlar. Onlar Azəbyacan-Ermənistan danışıqlarını öz nəzarətləri altına qaytarmağa çalışırlar və buna can atırlar. Bunu daima təklif ediblər. Yəni Azərbaycan bu bəyanatlara o qədər də ciddi fikir vermir. Amma sözsüz ki, bu bəyanatlar Azərbaycanın maraqlarına köklü şəkildə zidd idi. Yəni qəribə bir şəraitlə qarşılaşmışdıq. Bir tərəfi özünü vasitəçi kimi təqdim edən Rusiya dövləti münaqişədə iştirak edən dövlətlərin bir- birinin ərazi bütövlüyünün tanıması faktından narazı idi. Əslində hər hansı bir ərazi münaqişəsinin həllinin köklü şərti tərflərin bir- birinin ərazi bütövlüyünün qeyri-şərtsiz tanınması faktorundan keçir. Əgər bu ərazi bütövlüyünün tanınması faktı yoxdursa, heç bir sülhdən, yaxud heç bir sülh sazişindən danışmaq mümkün deyil. Bildiyiniz kimi, ikinci dünya müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi bu günə kimi imzalanmayıb. Ona görə ki, tərəflər bir-birinin ərazi bütövlüyünü qeyri- şərtsiz tanımaqdan imtina edirlər. Yəni Rusiya ikinci dünya müharibəsinədən əldə edilmiş adaları öz ərasizi hesab edir, Yaponiya isə bu faktla barışmaq istəmir, elə ona görə də, sülh sazişi imzalanmayıb. Bu fakt Azərbaycan münasibətlərində müəyyən bir çat yaratmışdır. Bu etiraf bildirilməsə də, belə bir çat yaranmışdır. Qalan bütün baş verən hadisələr bu hadisələrə tərəflərin münasibəti- məsələn, keçən ilin sonunda Rusiya hava məkanında AZAL- ın təyyarəsinin vurulması, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində Azərbaycanın diasporuna qarşı edilən hücumlardan, təcavüzdən gedir. Bu hadisələr hamısı yaranmış çatın nəticəsidir. Bu məsələnin bir tərəfidir.
İkincisi bilirsiniz ki, Azərbaycan-Rusiya münasibətlərində Türkiyə faktı çox ciddi rol oynayırdı. Biz deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddət vasitəçi kimi çıxış edirdi. Biz hətta 44 günlük müharibə və bir günlük antirerror əməliyyatı ərəfəsində Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları (7.30) hesab edə bilərik. Əslində məndə belə bir təəssürat yaranıb ki, Rusiyanın Azərbaycanın öz ərazi bütövlüyünün bərpası prosesində neytral mövqe tutmasənın əsas səbəbi, məhz Türkiyə olub. Bunu Türkiyə təmin edib. Bu həqiqəti danmaq olmaz. Bəzən bir qədər diplomatik normaları pozaraq bu faktdan daxili-siyasi elektral proseslərdə istifadə etməyi çalışdı və Türkiyə tərəfindən müəyyən bəyanatlar verildi. Bu Azərbaycan da müəyyən bir qıcıq doğurmuşdu. Amma bu həqiqətdir. Bu həqiqətin kökündə 2015-ci il Rusiyanın Krımı işğal etməsindən sonra, Ukraynanın bir neçə ərazisini Donetsk və Luhanskı işğal etdikədən sonra Türkiyənin Rusiya münasibətlərindəki əhəmiyyətli rolu artmağa başlamışdır. Bunun səbəbi ondan ibarət idi ki, Krım hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladı və bu sanksiyalar dalğası get-gedə genişlənirdi. Əslində bu sanksiyalar sözsüz ki, Ukraynaya təcavüzdən sonra daha da genişləndi. Genişləmmə prosesi onsuz da gedirdi. Belə bir halda Türkiyənin Rusiya üçün əhəmiyyətli rolu artmağa başladı.
Bir səbəb ondan ibarət idi ki, Türkiyə Rusiya ilə normal münasibətlər saxlayan, əməkdaşlıq edən, hətta az qala bir sıra hallarda müttəfiq kimi çıxış edən, xüsusilə regiondakı qərb dövlətlərinin mövqeyi ilə bağlı müttəfiq kimi çıxış edən bir qərb dövləti idi. Bu münasinətlər Rusiya üçün çox vacib idi. Çünki NATO dövlətlərinin əksəriyyəti ilə Rusiyanın münasibətləri Krım hadisələrindən sonra pozulmuşdur. Bu fonda NATO dövlətlərindən heç olmasa biri ya ikisi ilə normal münasibətlərin saxlanması Rusiya üçün çox vacib idi. İkinci bu münasibətlərdə iqtisadi faktor, sonradan hərbi-siyasi faktor kifayət qədər ciddi rol oynamağa başladı. Bu Türkiyənin Rusiya iqtisadiyyatına verdiyi ilk töhfə idi. Birincisi enerji daşıyıcılarını Qərb bazarlarına çıxarılması ilə bağlı idi. İkincisi qeyd edə bilərik ki, genişlənən sanksiyalar nəticəsində Rusiyanın idxal etmədiyi materialı malların, avadanlığın Türkiyə tərəfindən Rusiyaya ötürülməsi faktı var idi. Türkiyə bundan kifayət qədər yaxşı qazana bilmişdir. Eyni zamanda nəha Türkiyənin geosiyasi bir faktoru idi. Burda söhbət boğazlara nəzarətdən gedir. Bütün bu faktorlar Putini Türkiyə ilə normal münasibətlər saxlamağa vadar edirdi. Ərdoğanı sözünü diqqətlə yanaşmağa Putini məcbur edirdi. Belə bir şəraitdə sözsüz ki, Türkiyə faktoru çox ciddi rol oynayırdı. Siz görə bilərsiz ki, 2022-ci ildən 2024-cü ilin ortalarına qədər Türkiyə-Rusiya iqtisadi balansında Türkiyənin idxalı kifayət qədər ciddi şəkildə artmışdır. Düzdür bu balans Türkiyənin xeyrinə deyildi. Çünki Türkiyə Rusiyadan külli miqdarda enerji daşıyıcları idxal edirdi. Amma yenə də bu balansda müəyyən bir pozitiv dəyişikilik baş verirdi. Türkiyənin ixracını Rusiya artırdı. Məhz bu faktoru biz Gürcüstan və Ermənistanın Rusiya ilə iqtisadi münasibətlərində görə bilərdik. Yəni bu dövlətlər açıq şəkildə Rusiyaya sanksiyalardan yan ötməklə həmin dövlətlərin vasitəsi ilə sanksiyalara düşən malların, materialların, avadanlıqların Rusiyaya reasperkt (…10.54) edilməsində iştirak edirdilər və bundan qazanırdılar. Bu Rusiya üçün çox vacib idi. Çünki eyni zamanda hərbi -sənaye kompleksində istifadə olunan komponentlərdən gedirdi. Lakin 2024-cü ilin ikinci yarısından başlayaraq 2025 – ci ildə ikinci dərəcəli sanksiyalar tətbiq olunmağa başladı. Bir sıra Türkiyə şirkətləri də bu sanksiyaların hal-hazırda təsiri altındadır. Rusiyanın bu baxımda Türkiyə üçün əhəmiyyəti itməyə başladı. Türkiyənin başqa maraqları yaranmağa başladı. Bilirik ki, Türkiyənin çox ağır iqtisadi vəziyyəti var. Türkiyə iqtisadiyyatı ixracdan çox asılıdır. Onun əsas ixrac bazarı Avropa dövlətləridir, qərb bazarlarıdır, ABŞ-nin bazarıdır. İlk növbədə Avropa birliyinin bazarıdır. O Türkiyə siyasətində Avropa birliyinin maraqlarını nəzərə almalıdır. Ağır iqtisadi vəziyyətdən çıxmaq üçün digər məsələ var. Bu ondan ibarətdir ki, Türkiyə iqtisadiyyatdakı disbalansı aradan qaldırmaq üçün Türkiyəyə böyük investisiyalar lazımdır. Bilirik ki, Türkiyədə inflyasiya çox güclü olub. İndi düşməyə başlayır. Devolvasiya çox güclü olduğu üçün Türkiyə Mərkəzi bankı kreditləri 50 % -ə çatdırmışdı. İndi kredit faizləri nisbətən aşağı düşüb. Bütün bu iqtisadiyyatdakı disbalansı aradan qaldırmaq üçün Türkiyəyə böyük investisiyalar lazımdır. Bu böyük investisiyaları Rusiyadan almaq mümkün deyil. Yalnız qərbin nəzarəti altında olan ucuz investisiyalar, kreditlər və yardımları beynəlxalq maliyyə kuponlarından almaq mümkündür. Bu da Türkiyədən qərbdən gələn mesajları nəzərə almağa tələb edir.
Bilirik ki, Türkiyədə ağır zəlzələ baş vermişdi. Bunu üçün çox böyük investisiyalar lazım idi. İqtisadiyyat və maliyyə yardımları lazım idi. Bu pulu da o Rusiyadan və Şərq dövlətlərindən ala bilmir. Sözsük ki, bu Azərbaycanın da xarici siyasətinə, maraqlarına Türkiyənin xarici siyasəti təsir göstərir. Bu təsir Azərbaycanı Rusiyadan uzaqlaşmasına gətirib çıxarırdı. Nəhayət üçüncü səbəb odur ki, Azərbaycan obyektiv olaraq Rusiyanın müharibədə qalib gəlməsində maraqlı deyil. Yəni Azərbaycan hakimkiyyəti postsovet məkanında özünü daha rahat hiss edir. Avropa Birliyi ilə olan problemlər Rusiya ilə münasibətlərdə yoxdur. Amma Azərbaycan iqtidarı da çox gözəl başa düşür ki, əgər Rusiya bu müharibədə qalib gələrsə, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yaranacaq. Bütün postsovet Respublikaları daxil. Ona görə bu da Azərbaycan və Rusiya arasında ciddi problemlər yaradır. Sadəcə olaraq bütün problemlərin kompleksi bu gün imkan yaradır ki, Azərbaycan rəsmiləri, o cümlədən İlham Əliyev bu məsələdə münasibəti açıq şəkildə bəyan etsinlər. Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi ki, Ukrayna heç vaxt öz ərazilərinin işğalı ilə barışmamalıdır. Bu Azərbaycan üçün çox vacib amildir. Burda söhbət müstəqillikdən gedir. Söhbət yalnız dövlətin müstəqilliyindən getmir, eyni zamanda bu gün Azərbaycana rəhbərlik edən hakim elitanın müstəqilliyinin itirilməsindən gedir”.

Günel
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri