Hindu Omarou İbrahim: Planetimizdə normal şərait yaradaraq həyatımızı qoruya bilərik AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
Bizim xalqımız yarımköçəri həyat sürür. İki milyona yaxın insan məcburi köçkün olub. Son altı aydakı istilər nəticəsində qoca və uşaqlar arasında ölənlər oldu. İstilər nəticəsində yaranmış quraqlıq çox faciəvidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Yerli Problemlər üzrə Daimi Forumunun (UNPFII) 23-cü sessiyasının sədri, Çadın Mbororo xalqının yerli sakini Hindu Omarou İbrahim noyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
"Siz parlamentarilər olaraq bu məsələləri qaldıra bilərsiniz. Büdcələrinizdən bu sahəyə nə qədər vəsait ayrılacağını danışa bilərsiniz. Hələ də inkişaf etmiş ölkələr maliyyə məsələlərini müzakirə edir. Burada söhbət hamının həyatda qalmasından gedir. Maliyyə ayrılmasa və iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparılmasa biz Yer üzündən yox olacağıq. Biz ekosistemlərin qoruyucularıyıq. Bizdə ənənəvi biliklər var. Planetimizdə normal şərait yaradaraq həyatımızı qoruya bilərik", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















